Bakıda Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin 4-cü qeyri-rəsmi görüşü keçiriləcək

🗓 05.09.2014 22:03 ✍️ "Elçi" qəzeti
Sentyabrın 9-da Bakıda Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramında iştirak edən ölkələrin xarici işlər22209 nazirlərinin növbəti 4-cü qeyri-rəsmi görüşü keçiriləcək.
  Azərbaycan Xarici İşlər Nazirliyindən APA – ya verilən məlumata görə, görüşün əsas məqsədi Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığın genişləndirilməsi və 2013-cü ilin noyabr ayında keçirilmiş Şərq Tərəfdaşlığı ölkələrinin Vilnüs Sammitindən sonra əldə olunmuş nailiyyətlər və gələcək əməkdaşlıq perspektivlərinə dair müzakirələrin aparılmasıdır.   Görüşdə Şərq Tərəfdaşlığında iştirak edən ölkələrin xarici işlər nazirliklərinin rəhbərlikləri və Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle və Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin müavini Helqa Şmid iştirak edəcəklər.

Bənzər yazılar