Bakıda bu avtobuslar yenilənir – Rəsmi

🗓 24.05.2025 17:32 ✍️ "Elçi" qəzeti
Bakıda bu avtobuslar yenilənir – Rəsmi
Paytaxtın Günəşli qəsəbəsini Sabunçu dəmiryol stansiyası ilə əlaqələndirən 40 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir. AYNA-dan Elchi.az-a verilən məlumata görə, köhnə avtobuslar 18 ədəd yeni, 2025-ci il istehsalı olan "King Long" markalı avtobuslarla əvəz edilib. Həmin avtobuslar müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub. Yeni avtobusların xətlərə buraxılması ilə bu marşrut üzrə hərəkət intervalı 6-7 dəqiqə təşkil edəcək. Qeyd edək ki, avtobuslar mayın 26-dan sərnişinlərin xidmətinə veriləcək. Əlavə edək ki, avtobuslarda ödəniş nağdsız qaydadadır.

Bənzər yazılar