Bağdadda İraq Kəşfiyyat İdarəsinə hücum zamanı 8 nəfər ölüb

🗓 23.08.2014 19:04 ✍️ "Elçi" qəzeti

Bu, intiqam aktı kimi dəyərləndirilibimg1621639

“Reuters”in Bağdaddan verdiyi xəbərdə deyilir ki, bu gün paytaxta yerləşən Kəşfiyyat Xidmətinin mərkəzi ofisi terrorçu tərəfindən hücuma məruz qalıb. Bomba quraşdırılmış maşınla binanı taran edən qəsdçi 8 nəfərin ölümünə səbəb olub. Ölənlər arasında mülkü şəxslərlə yanaşı polis nəfəri də var. Bu barədə agentliyə səhiyyə mərkəzindəki mənbə məlumat verib.

Agentlik xatırladır ki, 1 gün öncə isə şiə terrorçu adından Diyala vilayətindəki sünni məscidinə hücum nəticəsində 68 nəfər ölmüşdü. Bu terror həmin hadisədən dolayı intiqam aktı kimi dəyərləndirilir.
O da vurğulanır ki, 68 nəfər sünninin ölümündən sonra sünni liderləri yeni formalaşacaq hökumətdə təmsil olunmaqdan imtina ediblər. Bu isə onsuz da pis vəziyyətdə olan İraq dövlətini çıxılmaz vəziyyətə sala bilər.
Ancaq 2011-ci ildə İraqı tərk edən ABŞ ordusu İŞİD-ə qarşı hava hücumlarına başlamaqla İraqın terrorçular tərəfindən işğal olunmasının qarşısını kəsdi. Artıq Amerikanın Qərb ölkələrindəki müttəfiqləri də bu istqamətdə fəaliyyəti genişləndirməyə başlayıblar.
Belə bir fonda İŞİD bu kimi terror aktlarından öz təbliğatında geniş formada yararlanır. Onlar sünnilərlə şiələr arasında münasibətlərin kəskinləşməsində maraqlıdır.
İŞİD İraqı yenidən 2006-2007-ci illərə qaytarmaq istəyir. O vaxt demək olar ki, hər gün sünnilərlə şiələr arasında qarşılıqlı terror aktları törədilirdi. O illər indi də İraq tarixinin ən qara səhifəsi hesab olunur.O çağlara dönüşün qarşısının alınması istiqamətində düşünmək lazımdır.
Elbəyi Həsənli, Sürix 
 

Bənzər yazılar