"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

““Azərsun”un şəkər zavodundakı iş əsl qul əməyidir”

11 Yanvar 2015 - 17:35
in MANŞET
FacebookVatsap

azersun“Azərsun Holdinq”in İmişlidəki Şəkər Zavodunda işdən çıxarılmış 8 fəhləsinin yanvarın 12-də şirkətin baş ofisi qarşısında kütləvi şəkildə intihar edəcəkləri ilə bağlı müraciəti iki gün əvvəl yayılmışdı.

Fəhlələrdən 5-i virtualaz.org saytına şəkər zavodunda işlədikləri zaman qarşılaşdıqları məşəqqətlərdən danışmışdı.

Bunu da oxuyun

“Prezident qərar qəbul edəndə ölkənin maraqlarını nəzərə alır”-Qüdrət Həsənquliyev

Meşə yanğınları İndoneziyada kütləvi xəstəliyə səbəb olub

Makron BMT-də tribunaya yumruq vurdu: “Qəzzaya göz yummaq olmaz!”

İntihar anonsu verən fəhlələrdən biri – İmişli sakini Elnur Uluxanov virtualaz.org saytına açıqlamasında fəhlələrin nədən belə radikal addım atmaq qərarına gəldiyini açıqlayıb.

E.Uluxanovun deməsinə görə, 2008-ci ildə zavoda işə düzəlib. Ancaq bir müddətdən sonra işdən çıxarılıb. Sonrakı vaxtlarda zavodda əmək müqaviləsi olmadan – “qara işçi” kimi çalışıb.

E.Uluxanov deyir ki, yerli sakinlər bu zavodda məcburiyyətdən, yəni acından ölməmək üçün işləyir. Ağır iş şəraitinə, 16-18 saatlıq iş saatına, istismara dözməli olurlar:

-Məni o vaxt böhtanla işdən çıxartdılar. 6-7 ay get-gəl elədim. Ailə vəziyyətimiz ağır idi. Atam, anam xəstə idi. Dərmana, çörəyə pul tapmırdıq. Rayonda iş yerləri yoxdur. Ona görə də özünə iş tapan adama ən xoşbəxt adam kimi baxırlar. Mən o vaxt çoxlu get-gəldən sonra zavoda işə qaytardılar. Ancaq qara işçi qüvvəsi kimi… Ştata salmadılar. Məni yem zavoduna təmizlikçi işinə götürmüşdülər. Orada ən ağır işə görə saatına təqribən 3 manat hesablanır. Məni təmizlikçi adı ilə işə götürsələr də vəzifəmə daxil olmayan bütün ağır işlərdə işlədirdilər. Çarəsizlikdən heç kəsin yaxın durmadığı bütün ağır işlərə razılaşırdım. Buna görə isə iş saatıma 60, ən yaxşı halda 80 qəpik hesablanırdı. Elə vaxtlar olurdu ki, günün 16, 18, hətta 24 saatını fasiləsiz və ağır işlərdə çalışırdım. Xalis qul əməyi yəni…

-Bəs iş şəraitiniz necə idi?

-Bizə çox vaxt maska, papaq vermidilər. Harada ağır işdə kömək lazım olurdusa, ora yollayırdılar. Günün 18 saatı ərzində bir sexdə kisə tikirdim, o biri sexdə yük daşıyırdım. Bir başqa sexdə operatora kömək edirdim… Maska olmurdu deyə toz-torpaq, dərman, zərərli kimyəvi maddələr ciyərlərimizə hopurdu. Elə sahə və sexlərdə işlərə yollayırdılar ki, orada üfunətdən dayanmaq olmurdu. Mən o sexdə təkbaşına çalışırdım. Hec bir insan buna dözə bilməz. Dərman, toz – hamısı ciyərlərimdədir. Maska istəyəndə deyirdilər ki, qurtarıb, yoxdur. Dərmanların, tozun təsirindən çox pis vəziyyətdə olurdum. Sexdən çıxanda saatlarla özümə gələ bilmirdim. Burnumdan, ağzımdan həmin kimyəvi dərmanların çirki gəlirdi. Məcburiyytədən işləyirdim. Mənim hesablamamla bu ağır qul əməyinə görə ayda azı 600-700 manat almalı idim, ancaq 200 manatdan cox ala bilmirdim. Dediyim kimi, iş saatım 60 qəpikdən hesablanırdı.

–Növbəti dəfə niyə işdən çıxarıldınız?

-Üstümə qənd kisəsi aşdı. Bərk əzildim. Bir tərəfimi hiss etmirdim. Fəhlələr məni sexdən qucaqlarında çıxartdılar. Heç cür işləmək imkanım qalmırdı o vəziyyətdə… Müalicə olunmaq üçün icazə aldım. Dedilər, get, müalicəni bitirib gələrsən. Mən 4 gündən çox işsiz qala bilmədim. Bir az özümə gələn kimi zavoda qayıtdım. Dediyim kimi, ailə vəziyyətimiz çox ağırdır, xəstə valideynlərimə dava-dərmanı mən alırdım. Evi mən saxlayırdım. Ancaq zavoda qayıdanda işə götürmədilər.

–Demişdiniz, sizdən başqa digər ailə üzvünüz də həmin zavodda işləyib və ağır xəstəlik tapıb…

-Qardaşım da zavodda işləyirdi. O, kimyəvi dərmanların təsirindən, işin ağırlığından əməliyyata düşdü… Başından xəstəlik tapdı… 2 ildən çoxdur Maştağadakı ruhi xəstəxanada müalicə alır. Arada vəziyyəti normallaşır. Evə buraxırlar. Gəlir, bir az evdə qalır, vəziyyəti yenə ağırlaşır, təcili ruhi xəstəxanayaq çatdırmalı oluruq. Polis aparmır, yol xərcini ödəməyimizi istəyir. Biz məcburiyyət qarşısında qalıb borca-xərcə girib qardaşımı Bakıya – ruhi xəstəxanaya yollayırıq.

–O zavodda sizdən başqa əmək müqaviləsi olmadan işləyənlər çox idi?

-Zavoda demək olar ki, hər ay “qara fəhlələr” gəlir və haqsızlıqla qarşılaşıb gedir. Qul kimi işlədirlər, sonra da bir bəhanə tapıb işdən qovurlar. Coxu ailəsini saxlamaq üçün məcburiyyətdən ora gəlir. Banka kredit ödəyəni var, xəstəsi olanı var, körpə uşaqları olanı var…

Elnur Uluxanov bir müddətdən sonra yenə zavoda işə götürülüb. Ancaq bu dəfə lap qısa müddətə. Bu dəfə qohumluq əlaqəsi olanların eyni zavodda işləməsinə icazə verilmədiyinji əsas gətirib onu zavoddaş uzaqlaşdırıblar:

-Mən çox dedim ki, qardaşım bu zavodda demək olar ki, həyatını itirib. Özüm bu zavodda belimdən aldığım zədədən hələ də əziyyət çəkirəm. Sonuncu dəfə işə götürüləndə iş vaxtı əlim kəsildi və bir barmağım iflic oldu. Bu zavodda bu qədər ağır işlərdə əməyimi ucuz qiymətə satmışam. Heç olmasa mənə toxunmayın, işləyim, burda xəstəlik tapmış qardaşımın dərmanını alım. Atamın, anamın dərmanını alım. Bir qardaşım da var, o da xəstədir. Onun da balasına mən baxıram. 6 il qardaşım, 6 il də özüm o zavodda ən ağır işlərdə işləmişik. Bunu nəzərə alan olmadı. Ancaq heç kəs məhəl qoymadı. Məni çıxarıb atdılar çölə…

Almaz Məmmədli

Previous Post

““Azərsun”un şəkər zavodundakı iş əsl qul əməyidir”

Next Post

“Unibank” Ali Məhkəməyə belə təzyiq göstərir

Bənzər yazılar

“Prezident qərar qəbul edəndə ölkənin maraqlarını nəzərə alır”-Qüdrət Həsənquliyev

“Prezident qərar qəbul edəndə ölkənin maraqlarını nəzərə alır”-Qüdrət Həsənquliyev

23 Sentyabr 2026 - 17:03

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Meşə yanğınları İndoneziyada kütləvi xəstəliyə səbəb olub

Meşə yanğınları İndoneziyada kütləvi xəstəliyə səbəb olub

23 Sentyabr 2026 - 16:48

Avqust ayından bəri İndoneziyanın meşə və torpaq yanğınlarından zərər çəkmiş ərazilərində 175 000-ə yaxın kəskin tənəffüs yolu infeksiyası halı qeydə...

Makron BMT-də tribunaya yumruq vurdu: “Qəzzaya göz yummaq olmaz!”

Makron BMT-də tribunaya yumruq vurdu: “Qəzzaya göz yummaq olmaz!”

23 Sentyabr 2026 - 14:00

Fransa lideri Emmanuel Makron Nyu-Yorkda BMT Baş Assambleyasında Fələstindəki vəziyyətlə bağlı çıxışı zamanı yumruğu ilə tribunaya vurub. Elchi.az xəbər verir...

Zelenski: Rusiya müharibəni bitirməyə hazır deyil

Zelenski: Rusiya müharibəni bitirməyə hazır deyil

23 Sentyabr 2026 - 10:37

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampın da iştirakı ilə Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu bəyan edib....

Next Post

“Unibank” Ali Məhkəməyə belə təzyiq göstərir

“Unibank” Ali Məhkəməyə belə təzyiq göstərir

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“Kaşif Kozinoğlu işi”ndə saxlanılanların sayı artıb

“Kaşif Kozinoğlu işi”ndə saxlanılanların sayı artıb

23 Sentyabr 2026 - 22:55
Suriya Prezidenti İsraillə sülhün şərtini açıqlayıb

Suriya Prezidenti İsraillə sülhün şərtini açıqlayıb

23 Sentyabr 2026 - 22:52
Türkiyə Başika-Zilkan bazasını İraqa təhvil verəcək

Türkiyə Başika-Zilkan bazasını İraqa təhvil verəcək

23 Sentyabr 2026 - 22:50
Ceyhun Bayramov və Co Vilson Azərbaycan-ABŞ münasibətlərini müzakirə ediblər

Ceyhun Bayramov və Co Vilson Azərbaycan-ABŞ münasibətlərini müzakirə ediblər

23 Sentyabr 2026 - 22:05
Özbəkistanda Azərbaycan dili kursları fəaliyyətə başlayacaq

Özbəkistanda Azərbaycan dili kursları fəaliyyətə başlayacaq

23 Sentyabr 2026 - 22:04
Qazaxda açıq ərazidə yanğın baş verib

Qazaxda açıq ərazidə yanğın baş verib

23 Sentyabr 2026 - 22:03
Rusiyadan Ermənistana yeni təzyiq kartı – miqrantların geri qaytarılması ehtimalı…

Rusiyadan Ermənistana yeni təzyiq kartı – miqrantların geri qaytarılması ehtimalı…

23 Sentyabr 2026 - 20:33
Şahin Mustafayev: Azərbaycan-Çin münasibətləri yüksək dinamika ilə inkişaf edir

Şahin Mustafayev: Azərbaycan-Çin münasibətləri yüksək dinamika ilə inkişaf edir

23 Sentyabr 2026 - 19:29
Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri ilə görüşüb

Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri ilə görüşüb

23 Sentyabr 2026 - 19:23
Səfir: Azərbaycanla Çin günəş və külək enerjisi sahəsində bir sıra layihələr üzrə əməkdaşlıq edir

Səfir: Azərbaycanla Çin günəş və külək enerjisi sahəsində bir sıra layihələr üzrə əməkdaşlıq edir

23 Sentyabr 2026 - 19:15
Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib

Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib

23 Sentyabr 2026 - 19:05
Azərbaycan domenlərinə qarşı hücumlar oldu

Azərbaycan domenlərinə qarşı hücumlar oldu

23 Sentyabr 2026 - 18:57
Pezeşkian: İran nüvə enerjisi inkişaf etdirmək niyyətindədir

Pezeşkian: İran nüvə enerjisi inkişaf etdirmək niyyətindədir

23 Sentyabr 2026 - 18:50
Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

23 Sentyabr 2026 - 18:38
Qyökereş “Arsenal”dan ayrılmaq istəyir

Qyökereş “Arsenal”dan ayrılmaq istəyir

23 Sentyabr 2026 - 18:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.