"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

“Unibank” Ali Məhkəməyə belə təzyiq göstərir

11 Yanvar 2015 - 17:39
in GÜNDƏM
FacebookVatsap

unibank“Kredit faizlərinin yüksək olması bir çox ailələrin dağılmasına, evinin, avtomobilinin əlindən çıxmasına səbəb olur. Hətta banka olan borcunu ödəyə bilmədiyindən intihar edənlər də yetərincədir”.

Bunu virtualaz.org saytına ünvanladığı müraciətində şikayətçi Bəsti Ağayeva deyib.

Bunu da oxuyun

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib – YENİLƏNİB

Prezident: Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır

Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir – İlham Əliyev

B.Ağayevanın iddiasına görə, bankların soyğunçuluğu artıq qırmızı xətti keçib. Hətta o dərəcəyə çatıb ki, banklar artıq müştərilərini deyil, öz işçilərinin də evini yıxmaqdan çəkinmir: “Bütün günü radio və televiziyada “Unibank” Kommersiya Bankı ASC-in hər kəsə sərfəli olması barədə reklamı verilir. Bank çoxsaylı verilşlərin sponsoru kimi də təqdim olunur. Bu banka doğrudanmı etibar etmək olar? Axı adıçəkilən bank məhkəmə hakimləri ilə, həmçinin iqtisadçılarla əlbir olub öz işçisinin, mənim oğlumun da evini yıxıb”.

B.Ağayevanın dediklərindən belə məlum olur ki, oğlu Sahib Ağayev “Unibank” KB ASC-nin Nərimanov filialında çalışıb, bu sahədə bacarıqlı mütəxəssis olub: “Hər kəsin pula ehtiyacı olur. Bir neçə yaxın qohum və tanışlarımız danışıb qərara gəldilər ki, bankdan kredit götürüb oğlum Sahibə versinlər. Həmin kreditlərin ödənilməsini isə Sahib şifahi razılığa əsasən öz öhdəsinə götürüb. Bu minvalla bankdan götürülən 54 min manat pulun 42 min manatını Sahib cədvəl üzrə banka ödəyib. Amma görünür, bank rəhbərliyini Sahibin işlədiyi bankdan qohum-tanışlarının bu qədər pul götürüb ona verməsi razı salmayıb. Baxmayaraq ki, oğlum götürülən kreditlərin çox hissəsini vaxtlı-vaxtında ödəyib. “Unibank” KB ASC-nin müşahidə şurasının sədri Eldar Qəribov qərara gəlib ki, Sahib kimi mütəxəsis bankda artıq adamdır. Ona görə də təcili olaraq belə məsələlərdə əlbir işlədiyi hüquq-mühafizə orqanlarına Sahibin həbsi üçün müraciət edib”.

Şikayətçinin sözlərinə görə, oğlu Sahib Ağayevin barəsində cinayət işi açılıb və barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb: “Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri günahsız bir gənci mülki məsələ ilə bağlı olan borc öhdəliyinə görə həbs etdilər. Oğluma 8 il cəza verdilər. Halbuki kredit götürən qohumlar və tanışlar ibtidai istintaqda və məhkəmədə bildirdilər ki, pulları özləri alıb, borc şəklində Sahibə veriblər. O da öz növbəsində ona borc kimi verilən pulların çox hissəsini banka ödəyib. Sonradan ödənişdə problem yaranacağını görən oğlum heç bir təzyiq və xəbərdarlıq almadan evini və avtomobilini sataraq krediti ödəyib”.

Bu iş üzrə daha ətraflı məlumat almaq üçün Sahib Ağayevin vəkili, tanınmış hüquqşünas Adəm Məmmədovla əlaqə saxladıq.

Vəkil Adəm Məmmədov

Vəkil virtualaz.og saytına açıqlamasında hüquqlarını müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi olmadığını dedi: “Bankdan başqa, bütün zərərçəkmiş şəxslər ifadələrində bildiriblər ki, bankdan pulları özləri götürüb və könüllü olaraq borc şəklində Sahib Ağayevə veriblər. Hələ cinayət işi başlanmamış Sahib evini və avtomobilini sataraq bankın pullarını ödəyib. Təkcə bu fakt göstərir ki, hər iki məhkəmə instansiyası müdafiə etdiyim şəxsə qarşı qərəzli olub”.

A.Məmmədovun sözlərinə görə, hər iki məhkəmə instansiyasının buraxdığı kobud qanun pozuntusunu nəhayət ki, Ali Məhkəmə düzəldir. Belə ki, işlə yaxından tanış olan hakim İlham Cəfərov Bakı Apelyasiya Məhkəməsinin qərarını bəraətverici əsaslarla ləğv edib və cinayət işinin təkrar baxılması üçün həmin məhkəmə instansiyasına göndərib: “Axı necə olur ki, hər iki instansiya məhkəməsi cinayət işi materiallarında zərərçəkmiş şəxslərin heç bir şikayət ərizəsi olmadığını görməyib və yalnız “Unibank” KB ASC-nin şikayətini əsas götürüb? Qərəz açıq-aydın ortadadır. Hazırda iş Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun icraatındadır. Bank tərəfindən göstərilən təzyiqə görə əvvəlki qərarı qüvvədə saxlamaq istəyirlər. Görəsən, Bakı Apelyasiya Məhkəməsinin günahsız bir gənci həbsdə saxlamaq üçün özündən yuxarı instansiya məhkəməsi olan Ali Məhkəmənin əleyhinə getməkdə məqsədi nədir? Azərbaycan dövləti məhz belə hakimlərin günahına görə Avropa Məhkəməsinin qərarı əsasında külli miqdarda cərimələr ödəyir. Ancaq inanıram ki, hüquqlarını müdafiə etdiyim şəxsin cinayət işi  Avropa Məhkəməsinə çıxmayacaq. Çünki ədalətin bərpa olunmasında qanunun aliliyini rəhbər tutan hakimlərimiz də var”.

Vəkilin sözlərinə görə, “Unibank” rəhbərliyinin heç bir əsas olmadan öz işçisini tutdurması bu bankın özününü-özünə vurduğu zərbədir: “Öz işçisinə qiymət qoymayan bir bankla hansı müştəri əməkdaşlıq edər? Axı etibarını itirmiş bir bank həm də müştərilərini itirir”.

İnarə Rafiqqızı

Previous Post

“Unibank” Ali Məhkəməyə belə təzyiq göstərir

Next Post

22 yaşlı qız cinayət başında yaxalandı – BAKIDA

Bənzər yazılar

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib – YENİLƏNİB

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib – YENİLƏNİB

17 Sentyabr 2026 - 16:18

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının...

Prezident: Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır

Prezident: Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır

17 Sentyabr 2026 - 15:16

Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən...

Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir – İlham Əliyev

Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir – İlham Əliyev

17 Sentyabr 2026 - 14:30

Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir,...

Nikol Paşinyan: “Tramp marşrutu” Azərbaycandan başlayıb Azərbaycanda bitəcək

Nikol Paşinyan: “Tramp marşrutu” Azərbaycandan başlayıb Azərbaycanda bitəcək

16 Sentyabr 2026 - 18:26

“Tramp marşrutu”nun iki giriş və iki çıxışının Azərbaycanda olmamasından başqa variant yoxdur. “Tramp marşrutu” Azərbaycan sərhədindən başlayıb Azərbaycanın sərhədində bitir,...

Next Post

22 yaşlı qız cinayət başında yaxalandı - BAKIDA

22 yaşlı qız cinayət başında yaxalandı - BAKIDA

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Prezidentin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Prezidentin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19 Sentyabr 2026 - 18:11
Hava ilə bağlı xəbərdarlıq: Şimşək çaxacaq, dolu düşəcək

Göygölə dolu düşüb – FAKTİKİ HAVA

19 Sentyabr 2026 - 17:30
FHN DYMX növbəti “açıq qapı günü” tədbiri keçirib – VİDEO

Bakıda yaşayış binasında yanğın olub

19 Sentyabr 2026 - 16:53
Danimarka Trampın Qrenlandiya ilə bağlı elan etdiyi razılaşmanı alqışlayıb

Danimarka Trampın Qrenlandiya ilə bağlı elan etdiyi razılaşmanı alqışlayıb

19 Sentyabr 2026 - 16:25
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident bir qrup neft sənayesi işçisini təltif edib – SƏRƏNCAM

19 Sentyabr 2026 - 15:19
Donald Tramp “CNN”, “MS NOW” və “Politico”nun Ağ Evə girişini qadağan edir

Donald Tramp “CNN”, “MS NOW” və “Politico”nun Ağ Evə girişini qadağan edir

19 Sentyabr 2026 - 13:58
Rusiya bu gecə Ukrayna PUA-larının hücum etdiyi bölgələri açıqladı

Rusiya bu gecə Ukrayna PUA-larının hücum etdiyi bölgələri açıqladı

19 Sentyabr 2026 - 13:34
Ombudsman: Ruben Vardanyanın saxlanma şəraiti davamlı monitorinq edilib, Araik Harutyunyanın notariat xidməti üzrə müraciəti icra olunub

Ombudsman: Ruben Vardanyanın saxlanma şəraiti davamlı monitorinq edilib, Araik Harutyunyanın notariat xidməti üzrə müraciəti icra olunub

19 Sentyabr 2026 - 13:15
ABŞ müttəfiqlərinə raket çatdırılmasını beş ilə qədər gecikdirə bilər

ABŞ müttəfiqlərinə raket çatdırılmasını beş ilə qədər gecikdirə bilər

19 Sentyabr 2026 - 12:55
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

19 Sentyabr 2026 - 12:33
Ötən gün itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapıldı

Ötən gün itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapıldı

19 Sentyabr 2026 - 12:04
İsrailə casusluqda ittiham olunan iranlı edam edildi

İsrailə casusluqda ittiham olunan iranlı edam edildi

19 Sentyabr 2026 - 11:46
FHN Dövlət Suverenliyi Günü münasibətilə tədbirlər keçirib

FHN Dövlət Suverenliyi Günü münasibətilə tədbirlər keçirib

19 Sentyabr 2026 - 11:23
Ermənistan Hindistandan dron alır

Ermənistan Hindistandan dron alır

19 Sentyabr 2026 - 11:00
DİN antiterror əməliyyatı ilə bağlı paylaşım etdi – Video

DİN antiterror əməliyyatı ilə bağlı paylaşım etdi – Video

19 Sentyabr 2026 - 10:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.