Azərbaycanın “Şahdəniz”dən əldə etdiyi gəlir 36 faiz azalıb

🗓 18.08.2015 13:02 ✍️ "Elçi" qəzeti
Azərbaycanın “Şahdəniz”dən əldə etdiyi gəlir 36 faiz azalıb
Azərbaycanın “Şahdəniz”dən əldə etdiyi gəlir 36 faiz azalıb
2015-ci ilin I yarısında “Şahdəniz” qaz-kondensat layihəsi çərçivəsində Azərbaycanın mənfəəti azalaraq $189 mln 532 min təşkil edib. Bu, ötən ilin eyni dövründəkindən 36% azdır.
Natural Gas Europe nəşrinin məlumatına görə, buna səbəb neft və qazın ucuzlaşması, “Şahdəniz 2” yatağının xərclərinin artmasıdır.
Qeyd edək ki, “Şahdəniz” yatağında hasilat ötən ilin eyni dövrü ilə müqayisədə 9,5% çox olub və 5,2 mlrd kubmetr təşkil edib. "Şahdəniz 1”in əsas alıcısı olan Türkiyə idxalı qiymət ifadəsində 25% azaldıb. Qaz kondensatının qiyməti isə illik hesablamada 45% azalıb.
BP-nin hesabatına əsasən, I rübdə “Şahdəniz” yatağı iştirakçıları “Şahdəniz 2” üçün yanvar-iyunda $2,26 mlrd kapital qoyuluşu həyata keçirib. 2014-cü ildə bu göstərici $1,766 mlrd olub. ("Turan")

Bənzər yazılar