Azərbaycanda dərs ilinin müddəti uzadılmayacaq - RƏSMİ

🗓 14.10.2014 11:15 ✍️ "Elçi" qəzeti
Azərbaycanda dərs ilinin müddəti uzadılmayacaq - RƏSMİ

Hökumət nazirliyin təklifinə hələlik cavab verməyib mekteb-shagirdler-dersde

Azərbaycanda dərs müddətinin bitmə vaxtı açıqlanıb. Təhsil NazirliyindənLent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin 13 yanvar 2011-ci tarixli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri, bir qayda olaraq, sentyabrın 15-də başlayıb mayın 31-də başa çatır.  Hazırda həmin qərar qüvvədədir.   Təhsil Nazirliyi dərs ilinin uzadılmasını, şagirdlərin tətil günlərini, dərs bölgüsünün düzgün bölüşdürülməsini özündə əks etdirən təkliflər paketini hökumətə təqdim edib. Lent.az-ın əldə etdiyi məlumata görə, hökumət nazirliyin təklifinə hələlik cavab verməyib.

Bənzər yazılar