Azərbaycan prezidenti QHT-lərlə bağlı vacib FƏRMAN imzaladı

🗓 27.07.2014 11:30 ✍️ "Elçi" qəzeti

Ədliyyə Nazirliyinin Əsasnaməsinə dəyişiklik edilibc1593cb1518f1aeae5bd2d85ea83e007

Prezident İlham Əliyev «Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Lent.az-ın məlumatına görə, fərmanda "Ədliyyə Nazirliyi haqqında Əsasnamə"nin "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 849-IVQD nömrəli, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 851-IVQD nömrəli və "Qrant haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 852-IVQD nömrəli qanunlarına uyğunlaşdırılması qeyd edilir.

"Ədliyyə Nazirliyi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

1. 8.7-ci bənddə hər iki halda "hüquqi şəxslərin, " sözlərindən sonra "xarici qeyri-kommersiya hüquqi şəxslərin nümayəndəlik və filiallarının," sözləri əlavə edilsin.

2. 9.9-cu bənddə "hüquqi şəxslərin" sözlərindən sonra ", habelə xarici qeyri-kommersiya hüquqi şəxslərin nümayəndəlik və filiallarının,"  sözləri əlavə edilsin.

3. 9.11-ci bənddə "hüquqi şəxslərin," sözlərindən sonra "xarici qeyri-kommersiya hüquqi şəxslərin nümayəndəlik və filiallarının," sözləri əlavə edilsin.

4. 9.13-cü bənddə "xarici qeyri-hökumət təşkilatlarının nümayəndəliklərinin" sözləri "xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin" sözləri ilə əvəz edilsin və "nizamnamələrinə" sözündən sonra "(əsasnamələrinə)" sözü əlavə edilsin.

5. 9.14-cü bənddə "qeyri-kommersiya hüquqi şəxslər" sözləri "dini qurumlar istisna olmaqla, digər qeyri-kommersiya qurumları və fiziki şəxslər" sözləri ilə əvəz edilsin.

6. 9.32-1-ci bəndində "qeyri-hökumət təşkilatlarına" sözlərindən sonra "və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə" sözləri əlavə edilsin.

7. 10.8-ci bəndə "qeyri-hökumət təşkilatlarına" sözlərindən sonra "və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinə" sözləri, "nizamnamə" sözündən sonra "(əsasnamə)" sözü əlavə edilsin.

8. 10.9-cu bənddə ", qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin ləğv edilməsi" sözləri "ləğv edilməsi, qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin dayandırılması, bərpa edilməsi və onların ləğv edilməsi" sözləri ilə əvəz edilsin.

Bənzər yazılar