Avropa Şengen müqaviləsinin ləğv edildiyini elan etdi

🗓 13.11.2023 23:06 ✍️ "Elçi" qəzeti
Avropa Şengen müqaviləsinin ləğv edildiyini elan etdi
Avropada nəzarətdən çıxan immiqrasiya səbəbindən Şengen müqaviləsinin məhv edildiyini elan etdilər. Elchi.az xəbər verir ki,bu barədə "Daily Mail" yazır. İngilis tabloidinin məlumatına görə, Şengen zonasına üzv olan 11 ölkə artıq sənədlərin yoxlanılması, polisin sorğu-sual edilməsi və nəzarət-buraxılış məntəqələrindən keçid daxil olmaqla girişə məhdudiyyətlər tətbiq edib. Bu cür tədbirlər özünü Balkan ölkələrindən və Yaxın Şərqdən olan miqrant kimi təqdim edən təcavüzkarların Şengen ölkələrinə daxil olmasının qarşısını almaq üçün həyata keçirilib. Yeni giriş qaydaları Norveç, İsveç, Danimarka, Polşa, Almaniya, Çexiya, Fransa, Slovakiya, Sloveniya, İtaliya və Avstriya tərəfindən tətbiq edilib. Almaniya hakimiyyəti 2023-cü ildə ölkəyə gələn qeyri-qanuni miqrantların sayının 2016-cı ildən bəri ən yüksək olacağını proqnozlaşdırır. Məsələn, polisin məlumatına görə, təkcə sentyabr ayında Almaniyaya 20 min qanunsuz miqrant daxil olub. Oxşar məlumatlar digər Şengen dövlətləri tərəfindən verilir. Nuranə Məmmədova

Bənzər yazılar