Rumıniya Prezidenti Dan Avropanın zəifliyi məsələsində Trampla razılaşdı.
Elchi.az Politico-ya istinadən xəbər verir ki, Rumıniya Prezidenti Nikusor Dan əvvəllər Avropa Birliyi liderlərinin zəif olduğunu bildirən ABŞ Prezidenti Donald Trampla razılaşdı.
Danın sözlərinə görə, “Trampın qiymətləndirməsində müəyyən həqiqət var”, çünki “Avropa qərar qəbul etməkdə çox yavaş ola bilər”.
“Məsələn, Ukraynanın maliyyələşdirilməsi ilə bağlı razılığa gəlmək üçün aylarla mübahisə və ötən həftə Brüsseldə saat 3-də başa çatan gərgin sammit lazım oldu. Amma ən əsası, hətta bölünmüş Aİ belə nəhayət bu vacib qərarı verdi”, – deyə o vurğuladı.
Donald Tramp dekabr ayında Politico-ya verdiyi müsahibədə Avropa siyasətçilərini “zəif” adlandırdı. Amerika lideri vurğuladı ki, Avropa yalnız Ukrayna haqqında danışır, lakin münaqişənin həlli üçün heç nə etmir. Tramp qeyd etdi ki, Avropada düşməni yoxdur, lakin bir çox Avropa lideri “bu işi bacarmır”.
19 dekabrda Aİ liderləri Ukraynaya dondurulmuş Rusiya aktivləri deyil, Aİ büdcəsinə əsasən 90 milyard avro kredit vermək qərarına gəldilər.
Şayəstə





















