Avropa Komissiyası Türkiyə ilə bağlı hesabatını açıqlayıb

Avropa Komissiyası Türkiyənin Aİ ilə siyasi, iqtisadi və ticarət əlaqələrinə dair son hesabatını dərc edib. Hesabatda Türkiyənin HƏMAS-la bağlı bəyanatları, Rusiyaya qarşı sanksiyalarda iştirak etməməsi və İsveçin NATO-ya üzvlüyünü təsdiqləməməsi tənqid edilib.
Elchi.az xəbər verir ki, Avropa Komissiyası Türkiyə-Avropa İttifaqı münasibətlərinə dair son hesabatını açıqlayıb.
Avropa Şurası ilə AB-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin birgə hazırladığı hesabatda AB ilə Türkiyə arasındakı siyasi, iqtisadi və ticari əlaqələrin vəziyyəti ilə bağlı Türkiyəyə yönəlik bəzi tənqidlər diqqət çəkib.
Hesabatda diqqət çəkən məqamlar aşağıdakılardır:
– Yunanıstan və Türkiyə arasındakı münasibətlər 2023-cü ilin əvvəlinə kimi düşmənçilik ifadələri, Yunanıstanın hava məkanının pozulması və Yunan adalarının suverenliyinə təhdidlər səbəbindən pisləşmişdi... Mərkəzləri Kahramanmaraşda olan zəlzələdən sonra iki ölkə arasında münasibətlərdə ciddi irəliləyiş müşahidə olundu.
Kipr məsələsi Türkiyənin Şərqi Aralıq dənizində Aİ ilə əsas mübahisəsinin əsas elementidir. Türkiyənin Kipr Respublikasını tanımamaq kimi ümumi mövqeyi əməkdaşlığa zərər verir.
HƏMAS, RUSİYA VƏ İSVEÇİN TƏNQİDİ
– Oktyabrın 7-də HƏMAS İsrailə hücum etdikdən sonra Türkiyə bu hücumu pisləmədi və HƏMAS-ı terror təşkilatı kimi qələmə vermədi. Türkiyənin HƏMAS-a dəstək verən bəyanatları Aİ-nin ortaq mövqeyi ilə tamamilə uyğun gəlmir.
– Türkiyənin Aİ-nin Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərinə əməl etməməsi və onun Rusiya ilə ticari və iqtisadi əlaqələrini inkişaf etdirməsi Aİ-nin məhdudlaşdırıcı səyləri üçün ciddi risk yaradır və həll edilməlidir.
– Türkiyənin İsveçin NATO-ya üzvlük prosesinə münasibəti mənfi qiymətləndirilib.
– Aİ PKK-nı terror təşkilatı kimi tanısa da, region ölkələri terrorla mübarizədə əməkdaşlığa, mütənasib addımlar atmağa və qanunun aliliyinə tam riayət etməyə təşviq edilir.
Nuranə Məmmədova