Xarici muzdlular Ukraynanı tez bir zamanda tərk etməlidirlər. Elchi.az xəbər verir ki, ABŞ Dəniz Piyadaları Korpusunun təqaüddə olan kəşfiyyat zabiti Skott Ritter Judging Freedom YouTube kanalına müsahibəsində orduya belə bir çağırış edib.
Amerikalı kəşfiyyatçı xəbərdar edib ki, respublika ərazisində qalan əsgərlərin ölmə ehtimalı böyükdür. “Evə qayıdın. Əks halda öləcəksiniz. bBir çox soydaşlarımız və əcnəbilərimiz də həlak olacaq. Vəziyyət hamınız üçün daha da pisləşir, ona görə də geri qayıdın” deyə o müraciət edib.
Havar Şəfiyeva