Bakının Yasamal rayonu 286 saylı məktəbin qarşısındakı piyada keçidi zolağını yağış yuyub. Bakı Nəqliyyat Agentliyinə bununla bağlı bir neçə dəfə məlumat verilsə də, məsələ həllini tapmır.
Bu barədə Elchi.az -a daxil olan şikayət məktubunda bildirilib.
“Məktəbin yanında olan piyada keçidi lövhələri, sürət göstərən lövhə bərbad gündə idi və piyada keçid zolağı isə silinib getmişdi. BNA-ya müraciət edəndən sonra gəlib yerə zolaq çəkdilər, lövhələri söküb apardılar ki, yenisini gətirib yerləşdirsinlər. Zolağı 5 gündən sonra yenidən yağış yuyub apardı. Məktəbdə 2 mindən çox şagird təhsil alır. Məktəbə doğru keçid olan yolda avtomobillər istədikləri sürətlə sağa-sola şütüyürlər. 211 saylı avtobusun piyada zolağı olan yerdə hərəkətləri isə bir başqa problemdir. Qanunvericiliklə məktəblərin yanında sürət həddi 30-dur, amma bu ərazidə müvafiq lövhə yoxdur. Gərək kimisə maşın vursun, xoşagəlməz hadisə baş versin ki, Bakı Nəqliyyat Agentliyi məsələni həll etsin?!”, – məktubda qeyd olunub.
BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI
İyunun 5-də IV siniflər üzrə, iyunun 6-da VI siniflər üzrə monitorinqlərin təşkil olunması ilə əlaqədar paytaxtda mərkəz kimi müəyyən olunmuş...





















Son şərhlər