Aprelin 7-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qazaxıstan Respublikasının Baş nazirinin müavini – ticarət və inteqrasiya naziri Serik Jumanqarin ilə görüşüb.
Bu barədə Elchi.az-a Nazirlər Kabinetindən bildirilib.
Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, tərəflər ikitərəfli ticarət dövriyyəsinin artım tempini müsbət qiymətləndiriblər.
Tərəflər, həmçinin ticarət-iqtisadi, investisiya, nəqliyyat-logistika, sənaye, mədəni-humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
“Minatəmizləmə fəaliyyətinə dair Tələblər” təsdiq edildi
“Minatəmizləmə fəaliyyətinə dair Tələblər” təsdiq edildi. Elchi.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.





















Son şərhlər