Ağdamın Bayramlar kəndi ermənilərdən azad olundu — Son dəqiqə

🗓 05.08.2014 16:35 ✍️ "Elçi" qəzeti

Ordumuzun bölmələri Ağdamın Bayramlar kəndini ermənilərdən azad edib.

esker-sengerde1-300x165
Rayonun Çıraqlı kəndindən 2 km məsafədə yerləşən Bayramlar kəndi ermənilərdən azad edilib. Qarabağa ezam olunmuş müxbirimizin verdiyi məlumata görə, hazırda Azərbaycan Silahlı Qüvvələrinə aid döyüş helikopterləri həmin kəndin üzərində rahatlıqla uçurlar. Düşmən tərəfin müqavimətinin tam sındırıldığı bildirlir.
Əldə olunan kəşfiyyat məlumatlarına görə, erməni əsgərləri işğal olunmuş ərazilərimizdəki postları bir-birinin ardınca tərk edərək qaçırlar./ölkə.az/

Bənzər yazılar