Abxaziyada separatçıların növbədənkənar prezident seçkiləri
Seçkilərinin keçirildiyi separatçı və tanınmamış respublikanın 32 rayonunda 154
seçki məntəqəsi təşkil olunub.

Virtualaz.org bildirir ki, məlumatı İTAT-TASS yayıb.
Bundan başqa Abxaziyanın hüdudlarından kənarda - Moskva, İstanbul və Çerkesskdə də seçki məntəqələri fəaliyyət göstərir.
Ali post uğrunda 4 namizəd - Aslan Bjania, Leonid Dzapşba, Mirab Kişmariya və Raul Xacimba mübarizə aparır.
Növbədənkənar seçkilər keçmiş prezident Aleksandr Ankvabın müxalifətin tələbi ilə istefa verməsi səbəbindən keçirilir.
Müstəqil ekspertlərə görə, Abxaziyanın keçmiş prezidentinin istefasını səbəb olan hadisələr Rusiya xüsusi xidmət orqanları tərəfindən düşünülmüşdü.
Onu da qeyd edək ki, seşkiləri dünyanın 24 ölkəsindən nümayəndələr müşahidə edir.