ABŞ nüvə sualtı qayıqlarından birini İsrail sahillərinə göndərib

🗓 06.11.2023 09:17 ✍️ "Elçi" qəzeti
ABŞ nüvə sualtı qayıqlarından birini İsrail sahillərinə göndərib
ABŞ Mərkəzi Komandanlığı öz donanmasında nüvə sualtı qayıqlarından birini İsrail sahillərinə göndərib. Elchi.az xəbər verir ki, bu barədə Mərkəzi Komandanlığın sosial media hesabında məlumat verilib. Ohayo sinifli sualtı qayığın bölgədəki Mərkəzi Komandanlığın məsuliyyət zonasına çatdığı bildirilib. Bölgəyə gedən sualtı qayıq ballistik raketlərlə təchiz olunub və Amerika donanmasının ən böyüyü kimi tanınır. ABŞ ordusu bundan əvvəl bölgəyə iki təyyarədaşıyan gəmi göndərmişdi. Nuranə Məmmədova

Bənzər yazılar