ABŞ müdafiə naziri Lloyd Ostin israilli həmkarı Yoav Gallant ilə görüşündə Qəzzada son vəziyyəti müzakirə edib və Qəzzaya daha çox humanitar yardımın çatdırılmasının vacibliyini bildirib.
Elchi.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyindən verilən yazılı açıqlamaya görə, dünən Ostin və Gallant arasında telefon danışığı olub.
Ostin Gallant ilə Qəzzadakı son vəziyyəti və bölgədəki münaqişə bitdikdən sonra vəziyyətin necə ola biləcəyini müzakirə edib .
Qəzzaya daha çox humanitar yardım göndərilməsinin lazım olduğunu qeyd edən Ostin, İsrailin Qəzzada apardığı “əməliyyatlar”da mülki insanların itkilərinin qarşısını almaq üçün daha diqqətli olması lazım olduğunu bildirib.
Nuranə Məmmədova