Türkiyənin “Qalatasaray” klubunun rusiyalı futbolçusu Aleksey Batrakov sabiq komanda yoldaşı Mauro İkardinin nailiyyətini təkrarlayıb.
Elchi.az “Opta”ya istinadən xəbər verir ki, 21 yaşlı oyunçu İstanbul klubunun heyətində UEFA Çempionlar Liqasında keçirdiyi ilk üç matçın ən azı ikisində qol vurub.
Mauro İkardi də bu göstəriciyə nail olub. İstanbul təmsilçisinin hücumçusu Viktor Osimhen isə ilk üç oyunun hamısında fərqlənib.
Qeyd edək ki, Batrakov ötən yay Moskvanın “Lokomotiv” klubundan “Qalatasaray”a keçib. O, Çempionlar Liqasının II turunda “Barselona” ilə matçda (1:4), III turunda isə “Lill”lə qarşılaşmada (4:2) qol vurub.





















