ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq məqsədilə İranla qarşıdurmaya girmək qərarı onun gördüyü “ən yaxşı işlərdən biri” olub.
Elchi.az xəbər verir ki, Cənubi Karolinada keçiriləcək seçki kampaniyası mitinqinə yollanmaq üçün Ağ Evdən ayrılarkən, Prezident Tramp mətbuat nümayəndələrinin cari hadisələrlə bağlı suallarını cavablandırıb.
“İranla qarşıdurmaya girdiyiniz üçün peşmansınızmı?” sualına Tramp belə cavab verib: “Xeyr. Düşünürəm ki, bu, etdiyimiz ən yaxşı işlərdən biridir. Biz İranın nüvə silahına sahib olmasının qarşısını aldıq”.
Əvvəlki prezidentlərin belə bir addım ata bilmədiklərini qeyd edən ABŞ Prezidenti bildirib ki, əgər o, İranla qarşıdurmaya girməsəydi, Tehran “çoxdan nüvə silahı əldə etmiş və ondan istifadə etmiş olardı”.
Şayəstə





















