ABŞ-da Mərkəzi Kəşfiyyat İdarəsinin Ukraynadakı məxfi əməliyyatının təfərrüatları açıqlanıb

70

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Ukraynada amerikalı muzdluların ölkəyə daşınmasından ibarət gizli əməliyyat keçirir. Elchi.az xəbər verir ki, bunu Judging Freedom YouTube kanalına müsahibəsində Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor deyib.

Jurnalist Endryu Napolitano ilə danışan Makqreqor qeyd edib ki, muzdlular idarə tərəfindən uydurma təşkilatlar vasitəsilə himayə olunur. “Bu, bizim nə qədər çarəsiz olduğumuzu göstərir” deyə əlavə edib.

Onun sözlərinə görə, muzdluların köməyi olmadan Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri Qərbin Kiyevə verdiyi texnikanın əksəriyyətindən istifadə edə bilmir. Napolitanonun həmsöhbəti əmin edib ki, Ukrayna hərbçiləri NATO ölkələrindən olan tərəfdaşların ölkəyə verəcəyi tanklardan istifadə edə bilməyəcək. Makqreqor təklif edib ki, Almaniya, Çexiya, Latviya, Litva, Böyük Britaniya və Norveç kimi ölkələrdən avropalı təlimatçılar bu problemin həllinə kömək edəcəklər.

Havar Şəfiyeva