ABŞ-da 6 nəfərin olduğu təyyarə qəzaya uğrayıb

ABŞ-ın Kaliforniya ştatında içərisində 6 nəfərin olduğu kiçik təyyarə dənizə düşüb.
Elchi.az xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində içərisində 6 nəfərin olduğu kiçik təyyarə dənizə düşüb.
Səlahiyyətlilər təyyarənin 1970-ci il model Cessna 414 olduğunu və qəzanın dünən yerli vaxtla saat 12:45 radələrində Point Loma sahillərində baş verdiyini bildiriblər.
ABŞ Sahil Mühafizəsinin zabiti Rayan Qreyves qrupların dağıntı sahəsi aşkarladığını və dağıntı sahəsindəki dərinliyin təxminən 61 metr olduğunu bildirib. Qraves axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
ABŞ-da 6 nəfərin olduğu təyyarə dənizə düşüb
O, havaya qalxdıqdan 6 dəqiqə sonra dənizə düşüb
ABŞ mətbuatında yer alan xəbərlərə görə, təyyarədə pilot, pilotun həyat yoldaşı, ata və üç oğlu da daxil olmaqla 6 nəfər olub.
Pilot havaya qalxdıqdan sonra istiqamətini və hündürlüyünü saxlamaqda çətinlik çəkdiyini və təyyarənin 13 saniyə ərzində 1900 fut hündürlüyü itirdiyini bildirdi. Xəbərə görə, təyyarə havaya qalxdıqdan 6 dəqiqə sonra dənizə düşüb. San Dieqo Beynəlxalq Hava Limanından havaya qalxan təyyarənin Arizona ştatının Feniks şəhərinə getdiyi açıqlanıb.
Şayəstə Hüseynova