"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Azərbaycan Dövlət Kukla Teatrında 94-cü teatr mövsümünün yekunlarına həsr olunan iclas keçirilib

20 İyul 2026 - 11:40
in CƏMİYYƏT, XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

Ümrəyə getmək istəyənlərin DİQQƏTİNƏ! Qaydalar dəyişdi

Sabah geomaqnit qasırğası gözlənilir – Günəş küləyi güclənəcək

Jurnalistika ixtisasına qəbulda yenilik var

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında 94-cü teatr mövsümünün yekunlarına həsr olunmuş geniş tərkibli kollektiv iclas keçirilib.

İclasda çıxış edən teatrın direktoru Rəşad Əhmədzadə bildirib ki, Azərbaycan Dövlət Kukla Teatrının 94-cü teatr mövsümü yaradıcılıq, inkişaf, beynəlxalq əməkdaşlıq və sosial fəaliyyət baxımından olduqca məhsuldar bir il kimi yadda qalıb.
Direktor qeyd edib ki, 95 illik zəngin tarixə malik teatr yubiley mövsümünə uğurlu nəticələrlə qədəm qoyur. Onun sözlərinə görə, cari mövsümdə repertuar yeddi yeni səhnə əsəri ilə zənginləşib və onların hər biri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Rəşad Əhmədzadə bildirib ki, mövsüm ərzində Anar Məmmədovun quruluşunda “İnnab ağacı” tamaşası səhnəyə qoyulub. Görkəmli kukla ustası, sevilən aktyor Rəhman Rəhmanovun səhnə fəaliyyətinin yubileyinə həsr olunmuş “Aybolit” benefis tamaşası da teatrsevərlərin böyük marağına səbəb olub.
Direktor diqqətə çatdırıb ki, S.S. Axundovun eyniadlı əsəri əsasında Səidə Haqverdiyevanın quruluş verdiyi “Qaraca qız” tamaşası mövsümün uğurlu premyeralarından biri kimi yadda qalıb və repertuarın sevilən nümunələrindən birinə çevrilib.
Onun sözlərinə görə, ənənəyə uyğun olaraq ilin sonunda Anar Məmmədovun quruluşunda “Qış nağılı” tamaşası təqdim olunub. Azərbaycan xalq nağılı əsasında hazırlanan “Şəngülüm, Məngülüm” tamaşası mövsümün maraqlı səhnə işlərindən biri olub. Rejissor Müşfiq Əliyevin quruluş verdiyi “Quyruqsuz dovşan” tamaşası isə mövsümün ən uğurlu premyeraları sırasında xüsusi yer tutub.
Rəşad Əhmədzadə vurğulayıb ki, teatrın rus bölməsi də mövsüm ərzində fəal yaradıcılıq fəaliyyəti ilə seçilib. Əhəd Hacıyevin quruluşunda hazırlanan “Aldanmış canavar” tamaşası rusdilli tamaşaçıların ixtiyarına verilib.
Direktor məmnunluqla qeyd edib ki, teatr il ərzində nəzərdə tutulmuş bütün plan və plandankənar öhdəliklərini tam həcmdə yerinə yetirib.
Maliyyə göstəricilərinə toxunan Rəşad Əhmədzadə bildirib ki, repertuar siyasətinin uğuru kassadakı nəticələrdə də öz əksini tapıb. Onun sözlərinə görə, mövsüm ərzində ən yüksək gəlir əldə edən tamaşa “Dovşanın ad günü” olub və 10 min manatdan artıq gəlir gətirib. Sonrakı yerlərdə 8 min manatdan çox gəlirlə “Üç donuz balası”, “Qaraca qız” və “Düyməcik”, 7 min manatdan artıq gəlirlə isə “Ağca və yeddi cırtdan” və “Qızıl balıq” tamaşaları qərarlaşıb.
Direktor əlavə edib ki, illik maliyyə hesabatları və plan göstəriciləri mühasibatlıq tərəfindən dəqiq rəqəmlərlə təqdim olunur və iclasda səsləndirilən göstəricilər ümumi statistik mənzərəni əks etdirən məlumatlardır.
Onun sözlərinə görə, yalnız son altı ay ərzində teatr 333 tamaşa nümayiş etdirərək 26 mindən çox tamaşaçıya xidmət göstərib. Bu göstərici teatrın repertuarına və ümumilikdə fəaliyyətinə tamaşaçı marağının artdığını göstərir.
Beynəlxalq əlaqələrdən danışan Rəşad Əhmədzadə qeyd edib ki, teatr “NOMAD PUPPET” I Beynəlxalq Kukla Teatrları Festivalında Azərbaycanı uğurla təmsil edib və beynəlxalq yaradıcılıq əlaqələrinin inkişafına töhfə verib.
Direktor bildirib ki, qastrol fəaliyyəti də mövsüm ərzində uğurla davam etdirilib. Lənkəran, Qobustan və Pirallahıda təşkil olunan səfərlər çərçivəsində bölgə tamaşaçılarına uğurlu tamaşalar təqdim olunub.
Sosial məsuliyyət istiqamətində görülən işlərdən danışan teatr rəhbəri qeyd edib ki, YAŞAT Fondu və Nargis Fondunun dəstəyi ilə müxtəlif sosial layihələr həyata keçirilib, paytaxtda fəaliyyət göstərən sığınacaqlarda xeyriyyə tamaşaları nümayiş etdirilib, Uşaq Onkologiya Mərkəzində müalicə alan uşaqlar üçün xüsusi proqram hazırlanıb.
Rəşad Əhmədzadə vurğulayıb ki, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü, 3 Dekabr – Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü və digər əlamətdar tarixlər münasibətilə Elm və Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman Aparatı və digər dövlət qurumları ilə birgə sosial layihələr həyata keçirilib.
Direktor bildirib ki, mövsüm ərzində Milli Məclisin Mədəniyyət Komitəsi ilə əməkdaşlıq daha da genişlənib, qarşılıqlı əlaqələr möhkəmlənib.
Çıxış zamanı o, mövsümün ən qürurverici hadisələrindən birinin teatr əməkdaşlarının dövlət tərəfindən yüksək qiymətləndirilməsi olduğunu diqqətə çatdırıb. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əməkdar mədəniyyət işçisi Aslan Fətullayev, aparıcı aktyorlar Səriyyə Mansurova və Cavid İbrahimov Prezident mükafatına layiq görülüblər. Rəşad Əhmədzadə bunu bütövlükdə teatr kollektivinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirib.
Direktor çıxışında bildirib ki, artıq 95-ci – yubiley teatr mövsümünə hazırlıq işləri davam edir. Hazırda Anar Məmmədovun quruluşunda “Balaca səyyah” və Səidə Haqverdiyevanın quruluşunda “Turac və sehrli daraq” tamaşalarının məşqləri aparılır.
Sonda Rəşad Əhmədzadə vurğulayıb ki, 94-cü teatr mövsümündə əldə olunan uğurlar teatrın yaradıcı və texniki heyətinin, səhnəarxasında çalışan əməkdaşların peşəkarlığının və fədakar əməyinin nəticəsidir. O bildirib ki, qarşıdan gələn 95-ci yubiley mövsümündə də teatr yeni tamaşalar, beynəlxalq layihələr və sosial təşəbbüslərlə tamaşaçılarını sevindirməyə davam edəcək.
Çıxışın ardından 94-cü teatr mövsümünün yekunlarına əsasən müxtəlif nominasiyalar üzrə fərqlənən əməkdaşların təltifetmə mərasimi keçirilib.
Mövsüm ərzində məhsuldar fəaliyyətinə (ən çox tamaşa oynayan) görə seçilən dram artistləri Aygül Ağayeva və Araz Həsənli, səmərəli fəaliyyətinə görə Səbinə Məmmədova, uğurlu debütünə görə isə dram artisti Bayram Fətəliyev təltif olunublar.
Bununla yanaşı, 19 dekabr 2025-ci il tarixində premyerası nümayiş etdirilən və qısa müddətdə teatrın repertuarında ən yüksək gəlir göstəricilərindən birinə nail olan “Qaraca qız” tamaşası “Mövsümün premyerası” nominasiyasına layiq görülüb.
Tədbirin sonunda teatrın direktor müavini Elnur Abbasquliyev, Yaradıcılıq şöbəsinin müdiri Anar Məmmədov və Geyim və səhnə tərtibatı şöbəsinin müdiri İqbal Əliyev çıxış edərək mövsüm ərzində göstərdikləri əzmkar fəaliyyətə görə kollektivə təşəkkürlərini bildirib, yaradıcı heyətə xoş istirahət, yeni yaradıcılıq uğurları və qarşıdan gələn 95-ci yubiley teatr mövsümündə yeni nailiyyətlər arzulayıblar.

 

 

Previous Post

Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

Next Post

Merz Almaniyanın Rusiya qazından asılılığını etiraf etdi

Bənzər yazılar

Ümrəyə getmək istəyənlərin DİQQƏTİNƏ! Qaydalar dəyişdi

Ümrəyə getmək istəyənlərin DİQQƏTİNƏ! Qaydalar dəyişdi

21 İyul 2026 - 15:52

Səudiyyə Ərəbistanı Ümrə zəvvarlarına krallığa dəfələrlə səfər etməyə imkan verən yeni illik çoxgirişli viza tətbiq edib. Elchi.az “Euronews”-a istinadən xəbər...

Sabah geomaqnit qasırğası gözlənilir – Günəş küləyi güclənəcək

Sabah geomaqnit qasırğası gözlənilir – Günəş küləyi güclənəcək

21 İyul 2026 - 15:44

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava şəraiti ilə bağlı növbəti proqnozunu açıqlayıb. Rəsədxanadan Elchi.az-a bildirilib...

Jurnalistika ixtisasına qəbulda yenilik var

Jurnalistika ixtisasına qəbulda yenilik var

21 İyul 2026 - 15:30

Dövlət İmtahan Mərkəzi jurnalistika ixtisasına qəbul olmaq istəyənlərə müraciət edib. Qurumdan Elchi.az-a daxil olan müraciətdə bildirilib ki, bu ildən abituriyentlər...

Bakıda məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Bakıda məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

21 İyul 2026 - 15:16

Bakı şəhərində məktəbəhazırlıq qruplarına qeydiyyat çərçivəsində Azərbaycan bölməsi üzrə məktəb seçimi başlanılıb. Elchi.az xəbər verir ki, tədris digər dillərdə aparılan...

Next Post
Merz Almaniyanın Rusiya qazından asılılığını etiraf etdi

Merz Almaniyanın Rusiya qazından asılılığını etiraf etdi

Skaloni Argentina millisindən ayrılacağını açıqladı

Skaloni Argentina millisindən ayrılacağını açıqladı

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuat konfransı keçirirlər

Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuat konfransı keçirirlər

21 İyul 2026 - 16:14
Ukraynanın Qara dənizi itirəcəyi proqnozlaşdırılır

Ukraynanın Qara dənizi itirəcəyi proqnozlaşdırılır

21 İyul 2026 - 16:00
Berlində Almaniya-Azərbaycan sənədlərinin imzalanması mərasimi keçirilib

Berlində Almaniya-Azərbaycan sənədlərinin imzalanması mərasimi keçirilib

21 İyul 2026 - 15:56
Ümrəyə getmək istəyənlərin DİQQƏTİNƏ! Qaydalar dəyişdi

Ümrəyə getmək istəyənlərin DİQQƏTİNƏ! Qaydalar dəyişdi

21 İyul 2026 - 15:52
Sabah geomaqnit qasırğası gözlənilir – Günəş küləyi güclənəcək

Sabah geomaqnit qasırğası gözlənilir – Günəş küləyi güclənəcək

21 İyul 2026 - 15:44
Jurnalistika ixtisasına qəbulda yenilik var

Jurnalistika ixtisasına qəbulda yenilik var

21 İyul 2026 - 15:30
Kəlbəcərdə sursat partlayıb, çoban xəsarət alıb

Kəlbəcərdə sursat partlayıb, çoban xəsarət alıb

21 İyul 2026 - 15:22
Bakıda məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Bakıda məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

21 İyul 2026 - 15:16
İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilib

İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilib

21 İyul 2026 - 15:08
“AliExpress” 550 milyon avro CƏRİMƏLƏNİB

“AliExpress” 550 milyon avro CƏRİMƏLƏNİB

21 İyul 2026 - 15:00
Azərbaycanda iş vaxtını sərbəst seçmək mümkün olacaq

Azərbaycanda iş vaxtını sərbəst seçmək mümkün olacaq

21 İyul 2026 - 14:45
Azərbaycanda ortaaylıq əməkhaqqı artıb

Azərbaycanda ortaaylıq əməkhaqqı artıb

21 İyul 2026 - 14:36
Ronaldu DÇ-2026 ilə bağlı qalmaqallı paylaşımı bəyəndi

Ronaldu DÇ-2026 ilə bağlı qalmaqallı paylaşımı bəyəndi

21 İyul 2026 - 14:28
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

21 İyul 2026 - 14:14
Tramp Kanadadan gələn müəyyən mallara 50%-lik gömrük rüsumları tətbiq etdi

Tramp Kanadadan gələn müəyyən mallara 50%-lik gömrük rüsumları tətbiq etdi

21 İyul 2026 - 14:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.