İran tərəfindən Hörmüz boğazından keçidi tənzimləmək məqsədilə yaradılmış “Fars Körfəzi Su Yolları İdarəsi” boğazda törədilən qayda pozuntuları səbəbindən 77 gəminin sanksiya siyahısına salındığını açıqlayıb.
Elchi.az xəbər verir ki, “Fars Körfəzi Su Yolları İdarəsi” Hörmüz boğazında gəmilər tərəfindən yol verilən pozuntularla bağlı bəyanat yayıb.
Bəyanatda qeyd olunub ki, Hörmüz boğazındakı pozuntulara görə 77 gəmiyə qarşı sanksiya tətbiq edilib. Həmçinin bildirilib ki, digər gəmilərə və həmin gəmilərlə əməkdaşlıq edən sığorta şirkətlərinə qarşı da sanksiyalar tətbiq olunacaq.
“Fars Körfəzi Su Yolları İdarəsi” gəmilərin mənsub olduğu ölkələr və ya sanksiyaların konkret xarakteri barədə ətraflı məlumat açıqlamayıb.
Şayəstə


















