Fransa Prezidenti Emmanuel Makron bildirib ki, onlar münaqişələr səbəbindən yanacaq qiymətlərinin artdığı Yaxın Şərqdə gərginliyi azaltmaq və Hörmüz boğazına alternativ enerji marşrutları yaratmaq istəyirlər.
Elchi.az xəbər verir ki,Makron İraqın Baş naziri Əli Falih əl-Zaydinin Parisə səfəri ilə bağlı “X” sosial media platformasında paylaşım edib.
Əl-Zaydinin Avropa turunun ilk mərhələsi üçün Fransanı seçdiyini vurğulayan Makron qeyd edib ki, bu səfər Fransanın Yaxın Şərqdəki “tarazlaşdırıcı qüvvə” rolunu nümayiş etdirir.
Emmanuel Makron bölgədə sabitlik naminə fəaliyyət göstərməyin Fransa maraqlarını qorumaqla eyni məna daşıdığını bildirib.
Bu kontekstdə Makron regional gərginliyi azaltmaq və yanacaq qiymətlərinə olan təzyiqi yüngülləşdirmək məqsədilə Hörmüz boğazına alternativ enerji marşrutları yaratmaq istəyini ifadə edib, eyni zamanda regional müttəfiqlərlə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsinə çağırıb.
Şayəstə

















