Argentina millisinin baş məşqçisi Lionel Skaloni gələcəyi ilə bağlı qərarını açıqlayıb.
Elchi.az xəbər verir ki, 48 yaşlı mütəxəssis DÇ-2026-nın finalında İspaniyaya 0:1 hesablı məğlubiyyətdən sonra dekabrda vəzifəsindən ayrılmağı düşündüyünü bildirib.
“Dekabra qədər işləməyə davam edəcəyəm. Daha sonra federasiya prezidenti ilə danışacağam. Yəqin ki, bir müddət fasilə vermək fikrindəyəm.
Bu vəzifədə olduğum üçün çox xoşbəxtəm və bununla fəxr edirəm. Prezident istəsə, dekabra qədər burada qalacağam, amma sonra vəziyyət dəyişə bilər. Dekabrdan sonra, yəqin ki, Argentina Futbol Assosiasiyası ilə yollarımızı ayıracağıq”, – deyə Skaloni bildirib.
Qeyd edək ki, Lionel Skaloni 2018-ci ildən Argentina millisinə rəhbərlik edir. Onun başçılığı altında komanda 2022-ci ildə dünya çempionu olub, DÇ-2026-da isə gümüş medal qazanıb.





















