Zelenski Rusiya ilə dəniz və enerji sahəsində atəşkəs məsələsini Trampla müzakirə etmək niyyətindədir.
Elchi.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya ilə dəniz və enerji sahəsində atəşkəs əldə edilməsi imkanlarını müzakirə etmək üçün gələn həftə amerikalı həmkarı Donald Trampla görüşməyə ümid edir. Bu barədə “RBC-Ukraina” məlumat yayıb.
Dövlət başçısı qeyd edib ki, ABŞ prezidenti ilə görüş üçün ilkin tarixlər 21, 22 və ya 23 sentyabrdır.
“Biz həm dəniz, həm də enerji sahəsində atəşkəsə hazırıq. Mən bütün bunları müzakirə etmək niyyətindəyəm”, – deyə Zelenski bildirib.
Onun sözlərinə görə, Rusiya razılaşmalar əldə olunmadan tam atəşkəsə getməkdən imtina edir; buna görə də Kiyev enerji infrastrukturuna və taxıl daşınmasına zərbələrin dayandırılmasını nəzərdə tutan qismən atəşkəsə nail olmağa çalışacaq. O qeyd edib ki, çoxsaylı ölkələr “bu istiqaməti dəstəkləyir”.
Daha əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirmişdi ki, hazırda Kiyevlə enerji sahəsində atəşkəs barədə heç bir müzakirə aparılmır. Peskov qeyd edib ki, Ukrayna hakimiyyəti çətin vəziyyətdədir və bu da onları münaqişənin əsl həlli əvəzinə atəşkəs təklif etməyə sövq edir. O vurğulayıb ki, Rusiya hərbi qüvvələri Kiyevin hücumlarına cavab olaraq Ukraynadakı hədəflərə sistemli və ardıcıl şəkildə zərbələr endirir.
Şayəstə





















