Peskov neft bazarındakı vəziyyətin pisləşməsini izah edir.
Elchi.az xəbər verir ki, Fars körfəzindəki yeni gərginlik səbəbindən qlobal neft bazarlarında vəziyyət sürətlə pisləşir. TASS-ın məlumatına görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Hazırda müşahidə edirik ki, neft bazarlarında vəziyyət ümumilikdə pisləşir. Bu pisləşmə sürətlə baş verir və əsasən Fars körfəzi regionundakı qeyri-sabitlik və yeni gərginlik dalğaları ilə şərtlənir”, – deyə o qeyd edib.
Daha əvvəl mediada yayılan məlumatlarda bildirilirdi ki, Hörmüz boğazındakı yeni hücumlar və Səudiyyə Ərəbistanındakı neft kəmərinə endirilən zərbə qlobal neft təchizatındakı pozuntuları daha da şiddətləndirə bilər. Bu fonunda sentyabr ayında neftin qiyməti iyul ayından bəri ilk dəfə olaraq 100 dollar həddini keçib.
Sentyabrın 11-də bir neçə pilotsuz uçuş aparatı (PUA) Səudiyyə Ərəbistanının Mədinə və Ər-Riyad şəhərləri yaxınlığındakı “Şərq-Qərb” neft kəmərinə hücum edib. PUA-lar İraq ərazisindən buraxılıb. Hücumdan sonra “Şərq-Qərb” kəməri ilə neftin nəqli dayandırılıb.
Şayəstə



















