Süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlərin səhmləri bazar ertəsi günü, bu texnologiyanın inkişafının yavaşladılmasına dair çağırışlardan sonra kəskin ucuzlaşıb.
Elchi.az xəbər verir ki, Cənubi Koreyada çip istehsalçısı “SK Hynix”-in səhmləri 6,4%, “Samsung Electronics”-in səhmləri isə 4,1% dəyər itirib. “OpenAI”-ın əsas investorlarından biri olan Yaponiyanın “SoftBank” şirkətinin səhmləri 10%-dən çox ucuzlaşıb.
Avropa fond bazarlarında da oxşar vəziyyət müşahidə olunub. Almaniyanın yarımkeçirici layihələndirmə və istehsal şirkəti “Infineon”-un səhmləri 7,6%, Niderlandın çip nəhəngi “ASML”-in səhmləri isə 5,2% düşüb.
Hazırda bazarların diqqəti ABŞ fond birjalarının açılışına yönəlib. Texnologiya şirkətlərinin böyük paya sahib olduğu “Nasdaq” indeksinin təxminən 1,8% enişlə açılacağı gözlənilir.
Şayəstə





















