Fransa Prezidenti Emmanuel Makron elan etdi ki, 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsi ilə bağlı əvvəlki tədbirin Konstitusiya Şurası tərəfindən “ifadə azadlığına qeyri-mütənasib müdaxilə” hesab edilərək avqust ayında ləğv edilməsindən sonra vəd olunan yeni tənzimləmə artıq hazırdır.
Elchi.az xəbər verir ki, Prezident Makron 15 yaşdan kiçik uşaqların sosial mediaya çıxışı ilə bağlı hazırlanmaqda olan tənzimləmə haqqında bəyanat verdi.
Makron bildirdi ki, vəzifəyə başladığı ilk gündən etibarən uşaqların onlayn mühitdə qorunması məsələsinə məsuliyyət hissi ilə yanaşıb.
Bu məsələdəki qətiyyətini bir daha vurğulayan Makron, 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini tənzimləyən yeni qanun layihəsinin hazır olduğunu elan etdi; qeyd edək ki, əvvəlki versiya Fransa Parlamentinin hər iki palatası tərəfindən qəbul edilmiş, lakin avqust ayında ölkənin ali konstitusiya orqanı olan Konstitusiya Şurası tərəfindən ləğv edilmişdi.
Makron qeyd etdi ki, hökumət Şuranın ləğv qərarından sonra verilən göstərişə uyğun olaraq, Avropa normalarına uyğun və hüquqi cəhətdən əsaslandırılmış yeni tənzimləməni “fövqəladə texniki iş” sayəsində hazırlayıb və yeni qanun layihəsini Avropa İttifaqı (Aİ) Komissiyasına təqdim edib.
Bundan əlavə, Makron uşaqların qorunmasına yönəlmiş bu tənzimləmənin bütün Avropada qəbul edilməli olduğunu vurğuladı və buna nail olmaq əzmində olduqlarını təsdiqlədi.
Şayəstə





















