"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Ana dilimiz müqəddəs Vətənimiz kimi, xalqımızı varlığının, birliyinin əsas təminatçısıdır

23 Avqust 2023 - 23:25
in CƏMİYYƏT
FacebookVatsap

“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir.”

Bunu da oxuyun

Geomaqnit qasırğası olacaq

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

Heydər Əliyev

Dil millətin simasını səciyyələndirən mühüm amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir.
Bu yüksəliş millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilin zənginliyinin sübutudur. Dil istənilən xalq üçün maddi və qeyri-maddi irsin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsi istiqamətində ən güclü vasitələrdən biridir.
Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkədə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.
Ana dilin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib ki, hər bir xalqın keçmişi onun özünüdərki ilə şərtlənən tarixi və mədəniyyəti ilə ölçülür. Dil isə mədəniyyətin ən vacib komponenti kimi çıxış edərək, maddi və mənəvi xəzinənin ən mükəmməl məcmusu olaraq hər bir xalqın varlığını təsdiq edən ən mühüm amildir. Dil eyni zamanda sosial hadisə olaraq hər bir xalqın formalaşmasının, keçdiyi yolun ən və mühüm göstəricisidir.
Azərbaycan dili türk dillərindən biridir, türk, qaqauz, türkmən dilləri ilə birlikdə Altay dili ailəsinin oğuz yarımqrupuna daxildir. Ensiklopedik məlumatlara görə, Azərbaycan dilinin təşəkkülündə eramızın I minilliyində Azərbaycan ərazisində məskunlaşmış hun, bulqar, xəzər, on oğuz, basil, peçeneq və s. türkdilli tayfalar iştirak etmişlər.
Danılmaz faktdır ki, müasir dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin qurulması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun dilimizə olan sevgisinin nəticəsi idi ki, 1969-cu ilin yayında Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlməsi ilə Azərbaycanda sovet hakimiyyəti qurulandan sonrakı müddətdə unutdurulmağa məhkum qalmış dilimizin dövlət dili statusuna qaldırılması istiqamətində yorulmadan ardıcıl fəaliyyətə başladı. Belə ki, o dövrə qədərki sovet standartlarını pozaraq indiki Bakı Dövlət Universitetinin 50 illik yubileyi münasibəti ilə keçirilən tədbirdə professorlarının, tələbələrin, Moskvadan və ittifaqın hər yerindən gəlmiş partiya-hökumət nümayəndələrinin qarşısında doğma ana dilində parlaq çıxış etdi. Ümummilli lider bu nitqi ilə respublikanın siyasi elitasına milli dilin dövlət qurumlarında tətbiqi ilə bağlı öz mesajını çatdırırdı. Bu istiqamətdə sonradan atılan addımlar onu göstərirdi ki, ölkənin yeni lideri qarşıdakı vəzifənin həyata keçirilməsində ardıcıl və qətiyyətlidir.
Ümummilli Liderin layiqlı davamçısı cənab İlham Əliyev dilimizin inkişaf etdirilməsi və onun hüdudlarının genişləndirilməsi ilə əlaqədar ciddi işləri uğurla davam etdirir. Cənab İlham Əliyev: “Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Azərbaycan dilinin müxtəlif tərcümə, izahlı, terminoliji, etimolji lüğətlərinin hazırlanıb çap olunmasında müşahidə olunan nizamsızlığın aradan qaldırılması, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan azərbaycanlıların folklorunun, dialekt və ləhcələrinin öyrənilməsi kimi məsələlər də gündəmə gətirilməlidir. Azərbaycan dili və mədəniyyəti milli və bəşəri dəyərləri də ehtiva edir.”
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib ki, xalqımızın sahib olduğu ən böyük dəyərlərdən biri də Ana dilimizin varlığıdır. Bu dəyər Azərbaycan xalqının qədimliyini, kimliyini göstərən əsl mənəvi sərvətimizdir. Əzmkar və müdrik xalqımız zaman-zaman öz Ana dilini yad ünsürlərin təzyiqlərindən qoruyaraq daim inkişaf etdirmişdir. Belə ki, Azərbaycanda hökmranlıq edən xarici qüvvələr əsrlər əvvəl xalqımızın dilini assimilyasiya edir, öz dillərini yaymağa çalışırdılar. Müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizə aparan qəhrəman xalqımız öz dilini də unutmamış, yadellilərdən qoruya bilmişdir. Həmçinin Azərbaycan dilinin yaşamasında, inkişafında, zənginləşməsində milli ədəbiyyatımızın da əhəmiyyəti böyük olub. Lap qədimdən başlayaraq klassiklərimiz bu dildə böyük əsərlər yaradaraq xalqımızın savadlanmasında, milli şüurunun inkişafında, özünüdərkində mühüm rol oynamış, daim Ana dilimizin zənginləşməsinə və yayılmasına çalışmışlar. Eləcə də XIX əsrin ortalarından başlayaraq Ana dilimizdə məktəblərin açılması ideyasını gündəmə gətirən, bu yolda çəkinmədən mübarizə aparan tərəqqipərvər ziyalılarımızı – Mirzə Fətəli Axundzadəni, Abbasqulu ağa Bakıxanovu, Həsən bəy Zərdabini, Mirzə Kazım bəyi və digərlərini qeyd etmək istərdim. Onlar Azərbaycan dilində təhsil ocaqlarının yaradılmasında və uşaqların həmin məktəblərə cəlb edilməsində yorulmadan çalışmışlar.
Onun sözlərinə görə, sovet hakimiyyəti dövründə milli dil məsələsinin nə qədər həssas olduğu hamımıza məlumdur: “Hətta 30-cu illərdə Ana dilini gündəmə gətirənlər təqib olunur, repressiyalara məruz qalır, Sibirə sürgün edilirdilər. Həmin illərdə minlərlə soydaşımız milli məsələlər səbəbindən güllələndi. 70-ci illərdə də sovet respublikalarında dillərin sıxışdırılması prosesi davam edirdi. Amma buna baxmayaraq, həmin dövrdə Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyev bütün sahələrə olduğu kimi, milli məsələlərə də diqqət yetirir, o cümlədən Azərbaycan dilinin qorunması, inkişafı istiqamətində cəsarətli addımlar atırdı. Əminliklə deyə bilərik ki, xalqımızın Ümummilli Lideri Ana dilimizi həmin dövrdə kənar müdaxilələrdən, təzyiqlərdən xilas etdi, onun işlənməsi, daha da zənginləşməsi naminə zəruri işlər gördü. Heydər Əliyev respublikamızda keçirilən bütün rəsmi tədbirlərdə səlis nitqi ilə öz Ana dilində danışır, onun saflığını, təmizliyini qorumağa çalışırdı. Həmin dövrdə, təbii ki, böyük hünər tələb edən bu işləri yalnız xalqına, vətəninə, soy-kökünə bağlı qətiyyətli şəxsiyyətlər edə bilərdi. Hətta Ulu Öndər 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında Ana dilimizə dövlət dili statusu qazandırmaqla böyük bir tarixi missiyanı şərəflə yerinə yetirmişdir”.
“Ümummilli Lider Heydər Əliyev müasir müstəqil Azərbaycanı qurarkən də Ana dilimizi diqqətdə saxlayır, onu uca tuturdu. Məhz onun xidmətləri sayəsində 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyada Azərbaycan dili dövlət dili oldu. Dövlətimizin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi, həmçinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atıldı, fərmanlar imzalandı, Dövlət Dil Komissiyası yaradıldı, Azərbaycan əlifbası və Azərbaycan dili günü təsis edildi, dövlət dili haqqında qanun qəbul olundu. Bütün bunlar Ulu Öndərin Ana dilimizə olan qayğısının və onun inkişafına verdiyi töhfənin göstəricilərdir”, – Milli Məclisin deputatı bildirib.
“Dövlətimizin dil siyasətini Prezident İlham Əliyev daim diqqətdə saxlayır, dilimizin yüksək səviyyədə qorunması və inkişaf etdirilməsi qayğısına qalır. Latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi, milli ensiklopediyamızın hazırlanması, xarici ədəbi-bədii əsərlərin Azərbaycan dilində nəşri və digər bu istiqamətdə görülən işlər Ana dilimizin saflığının və zənginliyinin qorunmasına xidmət edir. Fəxarətlə deyə bilərik ki, bu gün 50 milyondan artıq soydaşımız sevə-sevə bu dildə danışır. Məhz Ana dilimiz müqəddəs Vətənimiz kimi, xalqımızı varlığının, birliyinin, həmrəyliyinin əsas təminatçısıdır. Əlbəttə, hər bir azərbaycanlı ilk növbədə Ana dilimizin qayğısına qalmalı və onu qorumaq üçün əlindən gələni əsirgəməməlidir”, – Səttar Möhbalıyev qeyd edib.

Fuad

Yazı Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “50 milyondan çox insanı birləşdirən atribut – AZƏRBAYCAN DİLİ” layihəsi çərçivəsində hazırlanıb

Previous Post

Ana dilimiz müqəddəs Vətənimiz kimi, xalqımızı varlığının, birliyinin əsas təminatçısıdır

Next Post

“Embraer Legacy” özəl təyyarəsi Tver vilayətində qəzaya uğrayıb

Bənzər yazılar

Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58

İyunun 4-də Günəş aktivliyi yüksək olacaq. Geomaqnit qasırğası olacaq. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə,...

İsrail Qəzzada əməliyyatların ikinci mərhələsinə başlayıb

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

04 İyun 2026 - 10:00

Doktoranturaya qəbul olmaq istəyən namizədlər və doktoranturada oxuyan iddiaçıların xarici dillər üzrə imtahana, həmçinin əcnəbilər üçün Azərbaycan dili imtahanına qeydiyyat...

Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38

Paytaxtın Binəqədi rayonunda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayan sürücü saxlanılıb. Elchi.az -ın məlumatına görə, müəyyən edilib ki, axtarışda...

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18

Bu ilin may ayında Azərbaycandakı internet trafikinin 92,14 %-i insanların payına düşüb. Elchi.az -ın "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə,...

Next Post
“Embraer Legacy” özəl təyyarəsi Tver vilayətində qəzaya uğrayıb

“Embraer Legacy” özəl təyyarəsi Tver vilayətində qəzaya uğrayıb

“Embraer Legacy” özəl təyyarəsi Tver vilayətində qəzaya uğrayıb

“Embraer Legacy” özəl təyyarəsi Tver vilayətində qəzaya uğrayıb

Son xəbərlər

Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Humanoid robot bazarında investisiya yarışı qızışır

Humanoid robot bazarında investisiya yarışı qızışır

04 İyun 2026 - 10:29
2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

04 İyun 2026 - 10:17
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

04 İyun 2026 - 10:08
İsrail Qəzzada əməliyyatların ikinci mərhələsinə başlayıb

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

04 İyun 2026 - 10:00
“Brent” nefti 7%-dən çox bahalaşdı

Azərbaycan nefti bahalaşıb

04 İyun 2026 - 09:45
“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

04 İyun 2026 - 09:33
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

04 İyun 2026 - 09:26
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb

04 İyun 2026 - 09:14
SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.