ABŞ Prezidenti Donald Tramp süni intellekt texnologiyasının nəzarətdən çıxması ilə bağlı “xəstə bir sui-qəsd”in təşkil edildiyini iddia edib. Sosial media hesabında etdiyi açıqlamada Tramp, süni intellektin nəzarətdən çıxmasının qarşısını almaq üçün onun inkişaf sürətinin azaldılmasına dair çağırışlara münasibət bildirib.
Elchi.az xəbər verir ki, “Süni intellektin ehtiyac duyduğu yeganə nəzarət mexanizmi və ya təhlükəsizlik sərhədi güclü və ağıllı (yüksək IQ-ya malik) bir prezidentdir”, – deyən Tramp, özünə işarə edərək əlavə edib: “Və ABŞ-da bundan bolca var”.
ABŞ Prezidenti qeyd edib: “Bizim bu şirkətlər (süni intellekt tərtibatçıları) üzərində böyük cəzalandırma və tənzimləmə səlahiyyətimiz var. Süni intellekt və məlumat mərkəzlərinə qarşı xəstə bir sui-qəsd aparılır və bundan məmnun qalan yeganə tərəf Çindir”.
Süni intellekt yarışında liderlik edən ölkənin “yarışı qazanacağını” vurğulayan Tramp, ABŞ-ın bu sahədə Çin və digər bütün rəqiblərindən öndə olduğunu və bu üstünlüyü qoruyub saxlayacağını bildirib.
Sektorun müəyyən şirkətlərinin süni intellekt vasitəsilə “pis və ya potensial zərərli fəaliyyətlərlə” məşğul olmasının qarşısını aldıqlarını və bundan sonra da alacaqlarını vurğulayan Tramp, “Anthropic” şirkətinin baş direktoru Dario Amodeinin bu mövzudakı açıqlamalarını səmimiyyətsiz hesab etdiyini ifadə edib.
ABŞ Prezidentinin bu açıqlaması, Amodeinin sektordakı inkişaf sürətinin azaldılmasına dair çağırışından sonra verilib.
Şayəstə




















