"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Suqovuşanda avarçəkmə üzrə ilk təlim-məşq toplantısının rəsmi açılışı olub

20 Mart 2022 - 16:43
in GÜNDƏM
FacebookVatsap

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən Tərtər rayonunun Suqovuşan qəsəbəsində təşkil edilən ilk avarçəkmə təlim-məşq toplantısının rəsmi açılışı olub.

Bunu da oxuyun

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəisi Azərbaycandadır

İlham Əliyev: Ehtiyat generasiya gücləri böyükdür

Azərbaycan nümayəndə heyəti beynəlxalq konfransda iştirak etdi

Elchi.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov dövlətimizin başçısına və birinci xanıma federasiyanın gələcək planları barədə məlumat verdi və videoçarx nümayiş etdirildi.

Diqqətə çatdırıldı ki, avarçəkmə idman növü ilə Azərbaycanda 1930-cu illərdən məşğul olunmağa başlanılıb. Sonralar ənənəvi idman növlərindən birinə çevrilib. Ümummilli lider Heydər Əliyevin diqqəti sayəsində Azərbaycanda 11 avarçəkmə klubu fəaliyyət göstərirdi. Müstəqilliyin ilk illərində Mingəçevirdəki baza baxımsız hala düşsə də, dövlətimizin başçısının tapşırığı ilə 2010-cu ildə bu baza ən yüksək standartlara cavab verən səviyyəyə çatdırılıb. Hazırda əsas məqsəd ölkəmizdə avarçəkmə idman növünün coğrafiyasını genişləndirmək və gəncləri bu idman növünə cəlb etməkdir.

Dövlətimizin başçısına və birinci xanıma avarçəkmə yarışlarında istifadə olunan qayıqlarla bağlı məlumat verildi. Bildirildi ki, avarçəkmənin 3 əsas növü var – akademik, kayak və kanoe. Akademik avarçəkmədə idmançılar 1, 2, 4 və 8 nəfərlik qayıqlarda mübarizə aparırlar. Yarış iştirakçıları qayığı geriyə hərəkət etdirirlər. Burada qayıq həm əl, həm ayaq, həm də bədən gücü ilə və sinxron şəkildə hərəkət etdirilir.

Azərbaycan Prezidenti təlim-məşq toplantısının rəsmi açılışını bildirən düyməni sıxandan sonra qarşı tərəfdəki metal konstruksiyadan “QARABAĞ AZƏRBAYCANDIR!” yazısı əks olunmuş banner açıldı, səmaya 7 min hava şarı buraxıldı və ardınca idmançılar məşq prosesinə başladılar.

Dövlətimizin başçısı və birinci xanım məşq prosesini və bayraq şousunu izlədilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xatirə hədiyyəsini imzaladı və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasına təqdim etdi.

Xüsusi vurğulanmalıdır ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Suqovuşan qəsəbəsinə bu səfəri işğaldan azad olunan ərazilərdə ilk idman tədbirinin təşkili ilə də yadda qaldı.

Previous Post

Suqovuşanda avarçəkmə üzrə ilk təlim-məşq toplantısının rəsmi açılışı olub

Next Post

Prezident: “Xoşbəxtəm ki, Novruz bayramını Qarabağ diyarında qeyd edirik”

Bənzər yazılar

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəisi Azərbaycandadır

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəisi Azərbaycandadır

22 Sentyabr 2026 - 18:13

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəisi Kristine Qriqoryan Azərbaycanda səfərdədir. Elchi.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Melaniya...

İlham Əliyev: Ehtiyat generasiya gücləri böyükdür

İlham Əliyev: Ehtiyat generasiya gücləri böyükdür

22 Sentyabr 2026 - 14:23

Biz elektrik enerjisi ilə bağlı bütün məsələləri həll etdik və çox güclü potensial yaratdıq. Bu gün bizdə ehtiyat generasiya gücləri...

Azərbaycan nümayəndə heyəti beynəlxalq konfransda iştirak etdi

Azərbaycan nümayəndə heyəti beynəlxalq konfransda iştirak etdi

21 Sentyabr 2026 - 11:59

14-18 sentyabr 2026-cı il tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş Konfransının 70-ci Növbəti Sessiyası...

Zakir Həsənov hərbi polis idarəsinin ön əməliyyat bazasında olub – VİDEO

Zakir Həsənov hərbi polis idarəsinin ön əməliyyat bazasında olub – VİDEO

21 Sentyabr 2026 - 10:16

Müdafiə Nazirliyinin rəhbər heyəti Hərbi Polis İdarəsinin Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) bölüyünün ön əməliyyat bazasında icra olunan fəaliyyətlərlə tanış olub....

Next Post
Prezident: “Xoşbəxtəm ki, Novruz bayramını Qarabağ diyarında qeyd edirik”

Prezident: “Xoşbəxtəm ki, Novruz bayramını Qarabağ diyarında qeyd edirik”

Prezident: “Xoşbəxtəm ki, Novruz bayramını Qarabağ diyarında qeyd edirik”

Prezident: “Xoşbəxtəm ki, Novruz bayramını Qarabağ diyarında qeyd edirik”

Son xəbərlər

Pentaqon: İranla münaqişədə ölən ABŞ hərbçilərinin sayı 19-a çatıb

Pentaqon: İranla münaqişədə ölən ABŞ hərbçilərinin sayı 19-a çatıb

23 Sentyabr 2026 - 11:43
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident əfv Sərəncamı imzalayıb – SİYAHI

23 Sentyabr 2026 - 11:41
Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul edib – FOTO

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul edib – FOTO

23 Sentyabr 2026 - 11:38
Gənclərin yarısı süni intellektə insanlardan daha çox güvənir

Gənclərin yarısı süni intellektə insanlardan daha çox güvənir

23 Sentyabr 2026 - 11:31
Makron Rusiya və Ukraynaya enerji obyektlərini vurmamağa çağırdı

Makron Rusiya və Ukraynaya enerji obyektlərini vurmamağa çağırdı

23 Sentyabr 2026 - 11:23
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib

23 Sentyabr 2026 - 11:20
Azərbaycan futbol millisi bu gün Tacikistanla qarşılaşacaq

Azərbaycan futbol millisi bu gün Tacikistanla qarşılaşacaq

23 Sentyabr 2026 - 11:15
Suriya lideri Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib

Suriya lideri Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib

23 Sentyabr 2026 - 11:08
Kanada Fələstinə 100 milyon dollar məbləğində yardım göstərəcək

Kanada Fələstinə 100 milyon dollar məbləğində yardım göstərəcək

23 Sentyabr 2026 - 10:56
Azərbaycan və Kolumbiya arasında viza rejimi ləğv edilir

Azərbaycan və Kolumbiya arasında viza rejimi ləğv edilir

23 Sentyabr 2026 - 10:52
İranın Keşm adası yaxınlığında partlayış səsi eşidilib

İranın Keşm adası yaxınlığında partlayış səsi eşidilib

23 Sentyabr 2026 - 10:49
Zelenski: Rusiya müharibəni bitirməyə hazır deyil

Zelenski: Rusiya müharibəni bitirməyə hazır deyil

23 Sentyabr 2026 - 10:37
DİM bu imtahanın nəticələrini elan etdi

Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir

23 Sentyabr 2026 - 10:36
Tramp Hikmət Hacıyevin “Newsmax”a müsahibəsini paylaşıb

Tramp Hikmət Hacıyevin “Newsmax”a müsahibəsini paylaşıb

23 Sentyabr 2026 - 10:34
Yaponiyada “Dujuan” tayfunu nəticəsində ölənlərin sayı 9-a çatıb

Yaponiyada “Dujuan” tayfunu nəticəsində ölənlərin sayı 9-a çatıb

23 Sentyabr 2026 - 10:28
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.