Həftənin əvvəlindən bəri Yaponiyaya təsir göstərən “Dujuan” tayfunu nəticəsində həyatını itirənlərin sayı doqquza yüksəlib.
Elchi.az xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin (JMA) açıqlamasında bildirilir ki, “Dujuan” tayfunu ölkənin şərq hissəsinə, o cümlədən paytaxt Tokioya və ətraf prefekturalara təsirini davam etdirir.
Açıqlamada güclü yağışların həftə ərzində davam edə biləcəyi barədə xəbərdarlıq edilib.
“Kyodo” xəbər agentliyinin məlumatına görə, tayfun səbəbindən ölənlərin sayı doqquza çatıb.
Qeyd olunub ki, həyatını itirənlərdən altısı Çiba, üçü isə Kanaqava prefekturasındandır.
Tayfun səbəbindən itkin düşən dörd nəfərin axtarışı davam edir.
Şayəstə





















