"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

Azərbaycan idmanının 2025-ci ildəki uğurları və qarşısında duran yeni hədəflər

29 Dekabr 2025 - 11:25
in MÖVQE
FacebookVatsap

Dünyada etibarlı və sadiq tərəfdaş, nümunəvi təşkilatçı dövlət kimi tanınan Azərbaycan yola saldığımız 2025-ci ili də uğurlu nəticələrə başa vurur, dövlətin idman sahəsinə və idmançılara davamlı dəstəyi sayəsində dünya idman ailəsində yerimiz və mövqeyimiz daha da möhkəmlənir. Dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmana olan ali qayğısı sayəsində idmançılarımız nüfuzlu beynəlxalq yarışlarda saysız qalibiyyətlərə imza ataraq bayrağımızı ucaldırlar. Eləcə də, ölkəmizdə təşkil edilən mötəbər idman yarışları və tədbirlərinin yüksək təşkilatçılıq səviyyəsi ilə keçirilməsi Azərbaycanın idman salnaməsinə yeni nailiyyətlər ili kimi yazılıb.

Bunu da oxuyun

İrandan yeni təhdid: Müharibənin coğrafiyasını dəyişəcəyik

Macarıstanın “Pakş” AES-in gücü nasazlıq səbəbindən azaldılıb

SEPAH generalı İranın münaqişəni davam etdirməyə tam hazır olduğunu bildirib

2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edən Prezident İlham Əliyevin vurğuladığı kimi, cari il Azərbaycanın idman həyatında uğurlu və əlamətdar hadisələrlə zəngin olub, idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatıb. Beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, bunun 600-dən çoxu qızıl medal olub. “Bu, bir daha onu göstərir ki, idmanın inkişafı Azərbaycanda uğurla gedir. Keçən illə müqayisədə medalların sayı daha çoxdur və bu, yəqin ki, təbiidir. Çünki idmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti, əlbəttə ki, ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır”.

Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin mühüm tərkib hissəsi olmaqla ümummilli hərəkata çevrilib, dövlətin hədəf prinsiplərinə uyğun olaraq, dayanıqlı dinamikası daha da güclənib. Cənab Prezident bu məsələyə diqqət çəkərkən bəyan etdi ki, dövlət xətti ilə idman sektorunda bir çox proqramlar icra olunur, idman infrastrukturu daha da möhkəmləndirilir və regional səviyyədə inkişaf təmin edilir.
Bu xüsusi qayğının təzahürüdür ki, bölgələrdə idmanla məşğul olmaq üçün bütün şərait var və bu arxitektura daha da genişlənir. Bu il Gəncə və Yevlaxda Olimpiya İdman Komplekslərinin tikintisinin başa çatması sayəsində idman komplekslərinin sayı 46-ya yüksələrək idmançılar üçün əlçatanlığı, ünvanlılığı və xidmət şəraitinin funksionallığını tam əhatə edib.

Azərbaycanın idman hərəkatı, eyni zamanda, vətənpərvərlik və qələbə rəmzinə, cəmiyyətin milli qürur simvoluna çevrilib. Bu prosesin aparıcı qüvvəsi isə düzgün yetişdirilən gənc nəsildir, onlara dövlətin aşıladığı milli vətənpərvərlik hissləridir. Bu strateji kurs sayəsində vətənə sadiq sağlam gənc nəsil böyüyür və Azərbaycanın gələcək sabitliyinin, intibahının və çoxsaylı uğurlarının zəmanətçisi hesab olunur: “Sağlam gənc nəsil, ilk növbədə, ölkənin gələcək inkişafı üçün lazımdır ki, Azərbaycan əhalisi, Azərbaycan vətəndaşları fiziki cəhətdən sağlam olsunlar. Eyni zamanda, uşaqlıqdan idmana göstərilən maraq əlbəttə ki, gələcəkdə idman uğurlarına yol açır”.

Həmrəylik məfkurəsi ətrafında dövlətə sıx bağlı olan idmançılarımız sarsılmaz şücaətləri, qələbələri ilə son beş ildə Azərbaycanın uğur manifestinə daha parlaq səhifələr yazırlar: “Son 5 il ərzində bizim bayrağımız qalib ölkənin bayrağı kimi beynəlxalq arenalarda qaldırılır. Əminəm ki, idmançılar da beynəlxalq yarışlarda iştirak edən zaman bunu hiss edirlər. Ölkəmizə, xalqımıza olan münasibəti hiss edirlər və idman meydançalarına, idman arenalarına çıxarkən, yəqin ki, təbii olaraq qürur hissi ilə çıxırlar. Eyni zamanda, bizim 5 il bundan əvvəl əldə etdiyimiz şanlı Qələbə idmançıların məsuliyyətini də böyük dərəcədə artırır. Çünki onlar müzəffər xalqın nümayəndələri kimi yarışlarda iştirak edirlər”.

Dövlətimiz 2025-ci ildə dünya yarışlarında möhtəşəm nailiyyətlərə imza atmaqla bərabər, ən mötəbər idman tədbirlərinə də layiqli şəkildə ev sahibliyi edərək öz ənənəvi təşkilatçılıq qüdrətini beynəlxalq idman ictimaiyyətinə nümayiş etdirib. Bir çox beynəlxalq idman yarışlarını qeyri-adi təşkilatçılıq məharəti ilə sona çatdıran Azərbaycanın bu sadiqliyinin növbəti nümunəsi cari ildə keçirilmiş III MDB Oyunlarıdır.

Azərbaycan bu yarışı tamamilə yeni üslub və xüsusi idman rəqabəti formasında dünyaya təqdim etdi. Bölgələrdəki bir neçə şəhərdə keçirilən MDB Oyunları idmana baxımlılığı, rəngarəngliyi artırmaqla iştirakçılarda və turistlərdə dərin təəssüratlar yaratdı. Beynəlxalq idman seyrçisi paytaxt Bakıdan uzaqda ən müasir səviyyədə qurulmuş infrastrukturlarda, ələlxüsus, erməni separatizmindən xilas olunduqdan cəmi iki il sonra Xankəndidə yaradılan bazada təşkil edilən tədbirləri zövqlə izlədi. Bu, bir daha Azərbaycanın qlobal idman hərəkatına gətirdiyi yenilikləri və innovasiyaları, ölkənin güclü potensialını təqdim etməklə, məsuliyyətli və peşəkar dövlət imicini əks etdirir. Eləcə də ilk dəfə olaraq keçirilən UFC üzrə beynəlxalq turnir Azərbaycanın bütün növ idman yarışlarında layiqli ev sahibi olmasını təsdiqləyir.

İdman yarışları həm də turizm, xidmət və hotelçilik kimi sahələrin inkişafında təkanverici faktor olmaqla, Azərbaycanın turizm potensialını, iqtisadi inkişafını irəliyə aparmaq üçün yeni fürsət və imkanlar deməkdir. Məsələn, dünyada 830 milyona yaxın azarkeşi olan və hər il Bakı şəhərində keçirilən “Formula 1” yarışı Azərbaycan idman sənayesinin atributu hesab olunmaqla, ölkəmizdə həm də turizm brendinin bir hissəsi sayılır, turizm cəlbediciliyini stimullaşdırır, on minlərlə qonağı Bakıya gətirir. Məhz bunun nəticəsidir ki, “Formula 1” yarışlarından sonra Azərbaycana gələn turistlərin sayında 20 faiz artım baş verib. Eləcə də, digər nüfuzlu tədbirlər idman-turizm vəhdəti fonunda xarici qonaqların respublikamızın xoşməramlı nümayəndələri kimi ənənəvi iştirakçılığını təmin etməkdədir. Bu nailiyyətlərin ali beynəlxalq dəyəri olaraq Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi də təsadüfi deyil.

Ötən illərdə yüzlərlə beynəlxalq idman yarışlarına ev sahibliyi etmiş Azərbaycanın nadir və unikal təşkilatçılıq istedadı beynəlxalq idman ictimaiyyətində ölkəmizə olan inam və etibarı, dərin etimadı daha da möhkəmləndirir. Bu yüksək etimad və hörmətin nəticəsidir ki, Azərbaycan və Özbəkistan 2027-ci ildə keçiriləcək 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında dünya çempionatının final mərhələsinə birgə ev sahibliyi edəcəklər.

Yaxud növbəti ildə Xizək üzrə Dünya Kubokunun keçirilməsi qərara alınıb. İlk dəfə olaraq keçiriləcək bu tədbir Qusarda yerləşən Şahdağ Xizək Kurortunun idman və turizm simasını dünyaya təqdim edəcək, Azərbaycanın adını qlobal xizək platformasına həm də beynəlxalq xizək idmanı ölkəsi kimi yazacaq. Bu, eyni zamanda, ölkəmizin  qış idmanının inkişafında yeni mərhələnin başlanmasına dərin töhfə verəcək, regionda nəhəng qış idmanı və turizm sənayesinin birgə inkişafına stimul yaradacaq. Habelə zəngin təbiəti və əlverişli relyefi olan Qarabağda və Şərqi Zəngəzurda da idman və turizm sektorlarının inkişafına yol açaraq beynəlxalq yarışların bu bölgəyə gətirilməsini təmin edəcək.

Ramid Namazov
Milli Məclisin deputatı

Previous Post

Qeyri-iş günündə mənşə sertifikatı üçün müraciət mümkün olacaq

Next Post

İndoneziyada qocalar evində yanğın:: 16 nəfər ölüb

Bənzər yazılar

İrandan yeni təhdid: Müharibənin coğrafiyasını dəyişəcəyik

İrandan yeni təhdid: Müharibənin coğrafiyasını dəyişəcəyik

21 Sentyabr 2026 - 11:41

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Möhebbi bəyan edib ki, əgər ABŞ İrana qarşı yeni hücuma keçərsə, onlar həm...

Macarıstanın “Pakş” AES-in gücü nasazlıq səbəbindən azaldılıb

Macarıstanın “Pakş” AES-in gücü nasazlıq səbəbindən azaldılıb

20 Sentyabr 2026 - 12:54

Macarıstandakı "Pakş" atom elektrik stansiyasının (AES) ikinci enerji blokunun iş gücü mexaniki avadanlığın nasazlığı səbəbindən azaldılıb. Elchi.az xəbər verir ki,...

SEPAH generalı İranın münaqişəni davam etdirməyə tam hazır olduğunu bildirib

SEPAH generalı İranın münaqişəni davam etdirməyə tam hazır olduğunu bildirib

18 Sentyabr 2026 - 22:44

İran istənilən düşmən tərəfin aqressiv addımına cavab verməyə tam hazırdır. Elchi.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun...

Kosmik müharibə təhlükəsi: Rusiyanın ABŞ-a sərt reaksiyası

Kosmik müharibə təhlükəsi: Rusiyanın ABŞ-a sərt reaksiyası

16 Sentyabr 2026 - 10:08

ABŞ-ın orbitdə silah sistemlərinə malik olması barədə rəsmi bəyanatı Moskvada sərt reaksiyaya səbəb olub. Rusiya Xarici İşlər Nazirliyi Vaşinqtonu kosmosda...

Next Post
İndoneziyada qocalar evində yanğın:: 16 nəfər ölüb

İndoneziyada qocalar evində yanğın:: 16 nəfər ölüb

EDB: Çin regionda ən çox yatırımı Azərbaycana edib

EDB: Çin regionda ən çox yatırımı Azərbaycana edib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqlar üçün məktəblərin sayı azalıb – STATİSTİKA

Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqlar üçün məktəblərin sayı azalıb – STATİSTİKA

21 Sentyabr 2026 - 19:12
Tayvanda 5,1 bal gücündə zəlzələ qeydə alındı

Xəzər dənizində zəlzələ olub

21 Sentyabr 2026 - 19:04
Məktəblərdə dünyəvilik prinsipinə uyğun olmayan geyimlərdən istifadəyə yol verilməyəcək

Məktəblərdə dünyəvilik prinsipinə uyğun olmayan geyimlərdən istifadəyə yol verilməyəcək

21 Sentyabr 2026 - 18:55
Nazirlər Kabineti, AHİK və Sahibkarlar Təşkilatları Milli Konfederasiyası arasında birgə saziş bağlanıb

Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib

21 Sentyabr 2026 - 18:48
Vilayət Eyvazov xidmətə qəbul üçün növbəti sıra baxışı keçirdi – VİDEO

Vilayət Eyvazov xidmətə qəbul üçün növbəti sıra baxışı keçirdi – VİDEO

21 Sentyabr 2026 - 18:37
Bessent : İran aviaşirkətləri sentyabrın 23-dən beynəlxalq uçuşları dayandıracaq

Bessent : İran aviaşirkətləri sentyabrın 23-dən beynəlxalq uçuşları dayandıracaq

21 Sentyabr 2026 - 18:29
Xırdalanda yaşayış binasında yanğın: sakinlər təxliyə edildi

Bakıda yaşayış binasında yanğın başlayıb

21 Sentyabr 2026 - 18:18
Gürcüstanda 2,6 min hektar sahədə meşələr bərpa olunacaq

Gürcüstanda 2,6 min hektar sahədə meşələr bərpa olunacaq

21 Sentyabr 2026 - 18:07
Aİ Usmanova qarşı sanksiyaları ləğv edə bilər

Aİ Usmanova qarşı sanksiyaları ləğv edə bilər

21 Sentyabr 2026 - 17:55
Azərbaycanın çay ixracından gəliri 12%-dən çox artıb

Azərbaycanın çay ixracından gəliri 12%-dən çox artıb

21 Sentyabr 2026 - 17:49
Vilayət Eyvazov sıra baxışı keçirib – VİDEO

Vilayət Eyvazov sıra baxışı keçirib – VİDEO

21 Sentyabr 2026 - 17:42
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib

21 Sentyabr 2026 - 17:36
MÜTDA: 104 mindən çox uşaq məktəbəhazırlıq qrupuna qəbul olub

MÜTDA: 104 mindən çox uşaq məktəbəhazırlıq qrupuna qəbul olub

21 Sentyabr 2026 - 17:24
Niderlandda güclü partlayış baş verib

Niderlandda güclü partlayış baş verib

21 Sentyabr 2026 - 17:17
Qranit Caka 5 ilədək həbs oluna bilər

Qranit Caka 5 ilədək həbs oluna bilər

21 Sentyabr 2026 - 17:10
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.