​Azərbaycan nefti 51 dollara çatır

🗓 18.05.2016 10:36 ✍️ "Elçi" qəzeti
Azərbaycan nefti 1%-ə qədər bahalaşıb
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,43 dollar və yaxud 0,86% bahalaşıb.
"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 50,73 dollara bərabər olub.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Bənzər yazılar