Əsgərlərimiz öləndə Zakir Həsənov Bodrumda istirahətdə olub

🗓 02.08.2014 11:19 ✍️ "Elçi" qəzeti

Dünən cəbhədə baş verən şiddətli döyüşlər zamanı ölkə xaricində olan Zakir Həsənov birbaşa döyüş bölgəsinə gəlib.

Bu barədə Axar.az-a məlumat etibarlı mənbələrdən daxil olub. Bildirilir ki, Zakir Həsənovun dünənə qədər rəsmən məzuniyyətdə imiş:

“Zakir Həsənov dünən bu xəbəri eşidəndən sonra dərhal Bakıya qayıdıb. O, rəsmi1406958557 məzuniyyətində olub. Zakir Həsənov həmin vədədə Türkiyənin Bodrum şəhərində istirahətdə idi”.

Mənbəmizin bildirdiyinə görə, general-polkovnikə hadisə məruzə ediləndən dərhal sonra ölkəyə qayıdıb. Hazırda nazirin döyüş bölgəsində olduğu söylənilir. Onun hadisə ilə birbaşa maraqlandığı vurğulanır.

 

Bənzər yazılar