"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

Zülfüqarov Dərbənd məsələsinə aydınlıq gətirdi

28 İyul 2025 - 13:45
in MÖVQE

tofiq

FacebookVatsap

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun Dərbəndlə bağlı paylaşımı ölkə ictimaiyyətində, o cümlədən Rusiyada müzakirələrə səbəb olub. Keçmiş nazir Dərbəndin Rusiyanın ən qədim şəhəri olduğunu bildirib və vurğulayıb ki, əhalisinin təxminən 40 faizi azərbaycanlılardan ibarətdir.

Bunu da oxuyun

Rubio: ABŞ-ın dəstəyi olmasaydı, Ukrayna mövcud olmazdı

Mask Ukraynaya dəstəyini tədricən geri çəkir!

Cənubi Koreya Ukraynadan bəzi diplomatlarını geri çağırır

Zülfüqarov həmçinin şəhərdə yaşayan azərbaycanlılara Dərbəndi tərk etmələri üçün çağırış edildiyini söyləyib. “Bizə “Azərbaycanımıza get” deyənlər nə demək istəyir? Yerli xalq öz torpağını tərk etməlidir”, – deyə qeyd edən sabiq nazir, azərbaycanlıların orada avtoxton xalq olduğunu xatırladıb.

Elchi.az Tofiq Zülfüqarovun Globalinfo.az-a müsahibəsini təqdim edir:

– Tofiq bəy, son Dərbənd yazınız Kremlə yaxın bəzi təbliğatçı dairələrdə narahatlıq doğurub. Radikal mövqeyi ilə seçilən “Çarqrad” və digər media platformaları dərhal “Azərbaycanlılar Rusiyanın yerliləridirmi?” sualını gündəmə gətirərək mövzunu şişirdiblər. Belə reaksiya ilə qarşılaşmağınızın səbəbi nədir?

– Rus millətçilərinin belə reaksiya verməsi gözlənilən idi. Onların təhsil və bilik səviyyəsi adətən çox aşağıdır. Onlara danılmaz faktlar təqdim ediləndə panikaya düşürlər. Mən yeni bir şey deməmişəm, bütün məlumatlar vikipediyada da mövcuddur, istənilən şəxs oradan oxuya bilər. Millətçilərin təşvişə düşməsi normaldır və hətta bununla razıyam. Bəziləri öz siyasi baxışlarını yenidən nəzərdən keçirməlidirlər. Çünki onların “millətçiliyi” və “vətənpərvərliyi” əslində dövlətin əsaslarını sarsıdan siyasətdir.

– Dərbənd məsələsinin hazırkı mərhələdə gündəmə gətirilməsinin səbəbi nədir?

– Rusiya çoxmillətli dövlətdir. Dərbənddə yaşayan azərbaycanlılar bu dövlətin avtoxton xalqıdır. Mənim dediklərim Dağıstan rəhbərinin fikirləri ilə üst-üstə düşür (gülür). Bu baxımdan məni nədəsə ittiham etmək onlar üçün demək olar ki, mümkün deyil. Sadəcə olaraq, özlərinə sərf etməyən məlumatları təhrif olunmuş şəkildə təqdim edirlər. Bu onların işidir. Rusiya siyasi elitasında yetərincə insan var ki, bu cür “millətçilərin” siyasətinin təkcə Bakı-Moskva münasibətlərinə deyil, həm də Rusiyanın özünə zərər verdiyini anlayır. Mən bu məsələyə ona görə diqqət yetirirəm ki, azərbaycanlılara qarşı təzyiqlər güclənir və bunun qarşısını almaq üçün belə işləri davam etdirməliyik.

– Dərbənddə yaşayan həmin 40 faiz etnik azərbaycanlının taleyi necə olacaq?

– Digər azərbaycanlılardan fərqli baxmaq istəməzdim. Onlar da Rusiya dövlətinin vətəndaşlarıdır. Rusiyada yaşayan digərləri də eyni qaydada. Coğrafi baxımdan hansı vətəndaş hansı hüquqlara malikdirsə, onların da hüquqları eyni olmalıdır. Bu baxımdan, milli mənsubiyyətindən asılı olmayaraq, vətəndaşların hüquqları bərabərdir.

– Rusiyada yaşayan azərbaycanlıların müxtəlif təzyiqlərlə üzləşdikləri məlumdur. Dərbənddə yaşayanlar da eyni taleyi yaşayacaqlarmı?

– Bu kimi halların yaşanmaması üçün çalışmalıyıq. Azərbaycan vətəndaşı kimi buna qarşı imkanlarım daxilində mübarizə aparacağam. Əminəm ki, mənimlə eyni mövqedə olan yüzlərlə, minlərlə azərbaycanlı var. Mən Rusiya Federasiyasında anadan olmuşam, atam müharibədən sonra Rostovda həkim işləyirdi. O vaxt həkim çatışmazlığı vardı və atam orada çalışmaq üçün göndərilmişdi. Bunu deməyimin səbəbi var. İndiki mərhələdə bu cür siyasət Rusiya və Azərbaycan qanunlarına, dünya ölkələrinin beynəlxalq norma və standartlarına ziddir. Biz buna qarşı öz sözümüzü deməliyik.

 

Previous Post

Bayramov özbəkistanlı həmkarı ilə danışdı

Next Post

ABŞ Avropadakı qoşunlarını azaldır

Bənzər yazılar

Rubio: ABŞ-ın dəstəyi olmasaydı, Ukrayna mövcud olmazdı

Rubio: ABŞ-ın dəstəyi olmasaydı, Ukrayna mövcud olmazdı

21 Oktyabr 2026 - 11:04

Rubio bildirib ki, ABŞ-ın dəstəyi olmasaydı, Ukrayna mövcud olmazdı. Elchi.az xəbər verir ki, Vaşinqtonun və prezident Donald Tramp administrasiyasının yardımı...

Mask Ukraynaya dəstəyini tədricən geri çəkir!

Mask Ukraynaya dəstəyini tədricən geri çəkir!

21 Oktyabr 2026 - 10:35

İddia olunur ki, amerikalı milyarder İlon Mask Ukrayna ordusuna "Starlink" vasitəsilə təqdim olunan internet xidmətinin sürətinin azaldılmasına dair əmr verib....

Cənubi Koreya Ukraynadan bəzi diplomatlarını geri çağırır

Cənubi Koreya Ukraynadan bəzi diplomatlarını geri çağırır

20 Oktyabr 2026 - 11:12

Cənubi Koreya səfirlik heyətinin bir hissəsini Ukraynadan geri çağırmağa hazırlaşır. Elchi.az xəbər verir ki, Cənubi Koreya Xarici İşlər Nazirliyi səfirlik əməkdaşlarının...

Rubio Trampın “cəhənnəm sanksiyalarını” dayandırmasının səbəbini açıqladı

Rubio Trampın “cəhənnəm sanksiyalarını” dayandırmasının səbəbini açıqladı

19 Oktyabr 2026 - 10:56

Rubio: Tramp danışıqlara şans vermək üçün Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini müvəqqəti dayandırıb. Elchi.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp,...

Next Post

ABŞ Avropadakı qoşunlarını azaldır

Prezident təsdiqlədi: İşıqla bağlı sabit aylıq tarif...

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Leyen Aİ-nin Rusiyaya qarşı sanksiyalarını yumşaltmaqdan İMTİNA EDİB

Leyen Aİ-nin Rusiyaya qarşı sanksiyalarını yumşaltmaqdan İMTİNA EDİB

21 Oktyabr 2026 - 14:30
Türkiyənin 31 vətəndaşı “arzuolunmaz şəxs” elan edildi

Türkiyənin 31 vətəndaşı “arzuolunmaz şəxs” elan edildi

21 Oktyabr 2026 - 14:14
Kobaxidze Azərbaycana gəlir

Kobaxidze Azərbaycana gəlir

21 Oktyabr 2026 - 14:07
“Müharibəni uduzmuruq, amma insanları itiririk” – Zelenski

“Müharibəni uduzmuruq, amma insanları itiririk” – Zelenski

21 Oktyabr 2026 - 14:00
Şimali Makedoniya Prezidenti İlham Əliyevlə enerji məsələlərini müzakirə edib

Şimali Makedoniya Prezidenti İlham Əliyevlə enerji məsələlərini müzakirə edib

21 Oktyabr 2026 - 13:51
Bu şəxslərə pulsuz torpaq veriləcək

Bu şəxslərə pulsuz torpaq veriləcək

21 Oktyabr 2026 - 13:51
Azərbaycan məktəblərində “TikTok”a giriş məhdudlaşdırılıb

Azərbaycan məktəblərində “TikTok”a giriş məhdudlaşdırılıb

21 Oktyabr 2026 - 13:42
“Robotlar və süni intellekt ABŞ-ın dövlət borcunu həll edə bilər” – Mask

“Robotlar və süni intellekt ABŞ-ın dövlət borcunu həll edə bilər” – Mask

21 Oktyabr 2026 - 13:30
Ailə Konsepsiyası hazırlanır: Zəruri edən səbəblər

Ailə Konsepsiyası hazırlanır: Zəruri edən səbəblər

21 Oktyabr 2026 - 13:18
Azərbaycanın vergi orqanları 9 ayda 373 cinayət işi açıb

Azərbaycanın vergi orqanları 9 ayda 373 cinayət işi açıb

21 Oktyabr 2026 - 13:09
Tramp Fransadakı iğtişaşları kütləvi miqrasiya ilə əlaqələndirib

Tramp Fransadakı iğtişaşları kütləvi miqrasiya ilə əlaqələndirib

21 Oktyabr 2026 - 13:00
Mətbuat Şurasından jurnalistlərə XƏBƏRDARLIQ

Mətbuat Şurasından jurnalistlərə XƏBƏRDARLIQ

21 Oktyabr 2026 - 12:53
Ermənistan Azərbaycandan keçməklə İrana keçə bilər – Mirzoyan

Ermənistan Azərbaycandan keçməklə İrana keçə bilər – Mirzoyan

21 Oktyabr 2026 - 12:49
Noyabrda 5 günlük tətil olacaq

Noyabrda 5 günlük tətil olacaq

21 Oktyabr 2026 - 12:38
Sabah Bakıya yağış yağacaq

Sabah Bakıya yağış yağacaq

21 Oktyabr 2026 - 12:29
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.