ABŞ prezidenti Donald Tramp yenidən Fransadakı iğtişaşları kütləvi miqrasiya ilə əlaqələndirib.
Elchi.az xəbər verir ki, o, insanların ölkəyə lazımi müayinədən keçməməsi səbəbindən təhlükəsizlik narahatlığının yarandığını deyib.
“Bu, miqrasiya məsələsidir. İnsanlar Fransaya axışır və onlar Baydenin dövründə olduğu kimi yoxlanılmayıb və ya lazımi şəkildə yoxlanılmayıb. Biz bunu etmirik”, – deyə Tramp Ağ Evdə jurnalistlərə bildirib.
Fransa hakimiyyəti iğtişaşları miqrantlarla əlaqələndirmir. Bununla belə, Amerika prezidenti qarşıdan gələn aralıq seçkilərdə Demokratlar Partiyasının Konqresə nəzarəti ələ keçirəcəyi təqdirdə ABŞ-ı da oxşar ssenarinin gözləyə biləcəyini iddia etməyə davam edib.
Tramp dəfələrlə Avropa ölkələrinin miqrasiya siyasətini tənqid edib və xəbərdarlıq edib ki, daha sərt sərhəd nəzarəti olmadan Avropa ciddi böhranla üzləşəcək.
Yeganə





















