"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

“Zirəddin qədər siyasi proqnoz verə bilməyən Əli Kərimli…”-Deputat

16 Sentyabr 2022 - 22:14
in MÖVQE
FacebookVatsap

“Azərbaycanda korrupsiya varmı? Əlbəttə var. Bəs işsizlik necə? Həmişə olduğu kimi. Ədalətsizlik necə? Yetərincə. Demokratiya necə? Əsər-əlamət yox. Bu kimi suallara şablon cavablar 2020-ci ilin noyabr ayına qədər müxalif cinahda belə verilirdi”.

Bunu da oxuyun

SEPAH generalı İranın münaqişəni davam etdirməyə tam hazır olduğunu bildirib

Kosmik müharibə təhlükəsi: Rusiyanın ABŞ-a sərt reaksiyası

Bakıdan dünyaya həmrəylik mesajı

Elchi.az xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa FB hesabında qeyd edib:

“Ancaq bütün bunlardan öncə müxalif olan və ya olmayan hər kəs bu ana sualı önə çəkirdi: “Azərbaycanda axı Qarabağ da yoxdur!” Hətta 20 il öncə mən özüm də sərt cəbhəçi inancımla cəmiyyəti əmin edirdim: “Bu iqtidar üçün öz hakimiyyəti Qarabağdan əzizdir və Qarabağı heç vaxt geri qaytarmayacaq!”
Ancaq 2020-ci ilin noyabr ayından başlayaraq mənim 20 il öncəki ideoloji təsbitim suya düşdü. Korrupsiyanı da, demokratiyasızlığı da, işsizliyi də, ədalətsizliyi də dövlət və cəmiyyət olaraq müəyyən ölçülərdə bu tarixlərə daşısaq da, məhz Qarabağsızlığı daşımadıq, onu çözdük, Qarabağsızlığı tarixə gömdük. Azca yarımçıqlarımız qalıb, Xadkəndisizlik, Ağdərəsizlik kimi, onların da çözülməsi üçün zaman bütün hallarda bizim xeyrimizə işləyir. Çünki Ermənistanda rəsmi səviyyədə “Qarabağ Azərbaycanın daxili işidir!” deyənlərin zingiltisini qulağımız tez-tez duymağa başlayır.
İllərdir müharibənin acısını Azərbaycan torpaqları yaşayırdı. İndi Ermənistan savaşı öz içində, öz gönündə və öz gözündə hiss edir. İki il öncəkindən daha da irəli getdik. Köçürdük Ermənistana savaşın acılarını. Özümüzün də aclarımız böyük. Şəhid veririk, yarılılarımız var, ancaq unutmayaq ki, itkilərimiz yaxın keçmişimizdə olduğu kimi mövqelərimizin əldən verilməsi bahasına deyil, düşmənin mövqelərinin ələ keçirilməsi hesabınadır.
İllərdir deyirik ki, İran birbaşa ABŞ-la gizli sövdələşmə əsasında Ermənistana dəstək verir. Təsdiqini tapdımı? İndi tutuşdurun görək ABŞ Departamentindən gələn açıqlamadakı hədələrlə İrandan gələn hədələr arasında dil fərqindən başqa bir şey görürsünüzmü? İran birbaşa ABŞ-ın sözcüsü kimi bölgədə davranır. Bir az da sadə dildə anlaşılsın deyə açıqlayım: “Amerikanın ölkəmizdəki oyuncaqları ilə İranın oyuncaqlarının açıqlamaları arasındakı uyğunluğu necə, sezə bilirsinizmi?” İranın sərhədə qoşun yığmasına, Ermənistana qahmar çıxan mövqeyinə qarşı guya vaxtilə anti-İran cəbhəsi sayılan Cibheyi-Xəlqdən bir açıqlama duydunuzmu? “Laçını buraxıb niyə Zəngəzurdan danışırsınız” deməklə hətta baxıcı Zirəddin qədər siyasi proqnoz verə bilməyən Əli Kərimli, Laçını yekunlaşdırıb Zəngəzura ayağımızı qoyanda niyəsə susmalı oldu. Çıxıb üzr də istəmədi ki, ay camaat, bağışlayın, sizləri aldatmışam, Azərbaycan ordusunun Laçına girəcəyini ağlıma belə gətirməmişdim. Ancaq nədənsə susmadığı bir məqam vardı. Ermənistandakı hadisələrə münasibət bildirərkən bu zat ən azı beş dəfə Rusiyanın qarışdırıcı rolundan yazdı və Rusiya təhlükəsinə qarşı bütün qüvvələrin birləşməsinin vacibliyini vurğuladı. Əlbəttə, ölkəmizə qarşı Rusiya təhlükəsi həmişə qalmaqdadır və bunu diqqətdə saxlamalıyıq. Ancaq hazırda əsas təhlükə BMT Təhlükəsizlik Şurasında Azərbaycanı təhdid edən siyasi kursun müəllifi ABŞ-dan və “ermənilər bizim qırmızı xəttimizdir” deyən yaşılbaş İrandan gəldiyini bu gün Azərbaycanda bilməyən kimsə qalıbmı? Ancaq bircə kəlmə də olsun ABŞ-ın son hadisələrlə bağlı Ermənistana verdiyi dəstəyini dilə gətirmədi, Ermənistanla sərhəddə qoşun yığmış İranla bağlı bir cümlə də işlətmədi. Anlaşılandır ki, qumşiklərin həbsxanadan göndərdirdiyi bəyanatları yaymaq səviyyəsində bir icraçılığı öz üzərinə götürən bu zat öz dəstəyinin kəsilməyini gözə ala bilməzdi ki… Xaricdən “Azərbaycan Ermənistan torpaqlarına təcavüz edib” deyən şərəfsizlərin də bank kartına Qumdan və Vaşinqtondan köçürülən vəsaitlərin həcmini biləndə bunları anlayacaqsınız. Bu ləyaqətsizlər xarici ölkələrdən söyüşü də pulsuz söymürlər. Zaman keçdikcə daha aydın şəkildə anlayacaqsınız ki, bunlar ABŞ və İranın birgə oyuncaqlarıdır. Necə ki, Zəngəzur məsələsində İran birbaşa ABŞ-ın tapşırığı ilə pozuculuq işini öz üzərinə götürməkdədir.
Bəs bu şəraitdə, Azərbaycan ordusunu dövlətimiz üçün həyati və strateji hədəfləri gerçəkləşdirdiyi bir məqamda ləyaqətli azərbaycanlı necə davranardı? “Müxalifəm, hakimyyətə qarşıyam, hətta nifrət edirəm. Ancaq sevmədiyim bu hakimiyyət mənim sevdiyim dəyərləri bir-bir bərpa edir. O dəyər Vətən torpağıdır. Qarabağdır, indi də Zəngəzurdur. Beynəlxalq hüququ biz də bilirik, ancaq o hüquq bizə Qarabağsız yaşamağa razılaşmanı diqtə edirdi. Bu saxta hüququn üstünə çıxıb, onun əzib Qarabağı azad etmişik. Sonadək imkan tanıyaq, bu yolu açacaq iradəni dəstəkləyək” deyərdi. Vallah, billah, Allah haqqı, Həzrət Abbas haqqı, İmamzada haqqı, Göy Tanrıya and olsun mənim dərindən tanıdığım həqiqi cəbhəçi, milliyətçi, bütöv azərbaycançı, turançı və ən başlıcası da insançı Əbülfəz Elçibəy məhz bunu deyərdi. Bizlər də elə bunu deyirik də… İndi qibləsi Quma yönəlmiş cibheyi- xəlqişlər, turanşiklər, bütövşiklər, qumşiklər təfəkkürcə, əxlaqca bunları söyləməkdən çox-çox uzaqdırlar. Ona görə də düşmənin yanında foto çəkdirməsəniz də, həvəslə düşmənin torbasından loto çıxarırsınız! Ancaq əmin olun ki, bu dövlətin hər uğuru sizin kimi saxta siyasət lotularını loto kimi o torbaların içinə birdəfəlik qaytaracaq!
Hamısı məyusdur. Addım-addım hədəflərə yaxınlaşdıqca bu adamlar hakimiyyətə gəlmək xəyallarından uzaqlaşırlar. Ona görə də hər şəhid xəbərinə yalandan qara-qışqırıq salıb sinə döyənlərlə onlara Vətən sevgisinin işığında ağlayanlar bir-birindən fərqlənirlər.
Və üzülürsən ki, Füzulidə doğma kəndi azad olunmuş Qubad İbadoğlu kimi oxumuş bir adam başqa əlacı qalmadığını görüb 71 şəhidin duyğu sömürüsü üzərindən yeni bir irad icadına baş vurur. Ay millət, 71 şəhid vermişik, buna görə Şanxay Əməkdaşlıq Təşkilatında iştirak edən Azərbaycan prezidentinin üzündə məyusluq görmədiyini söyləmək birbaşa sözün bitdiyi yer sayılmalıdır. Orada olub-bitənləri izlədikdə görsən ki, az qala hər gün şəhid verən Türkiyənin rəhbəri də diplomatik müzakirələrdə təbəssümünü qoruyurdu. Hər gün yüzlərlə əsgərinin məhvi xəbərini alan Putin də etiket qaydalarına uyğun olaraq tədbir boyu təbəssümlə söhbətləşirdi. Qəfildən xatırladım ki, ötən gün şəhid mərasimindən geri döndükdən sonra pəşdmürdə halda seyr etdiyim “Qarabağ”ın Fransa təmsilçisinin qapısına vurduğu qola necə qışqırıb sevinmişəmsə, masanın üstündəki stəkan yerə düşüb çilik-çilik olub. Baxdım ki, stadionda da futbolçular və azarkeşlər eyni coşqu ilə qələbənin həzzini yaşayırlar. Yuxarıdakı iradlardan belə anlaşılardı ki, gərək heç “Qarabağ” meydana çıxmayaydı, o qədər insan da futbola getməyəydi və üstəlik də sevinməyəydilər.
2020-ci ilin noyabr ayının 8-də xəstəxanada reanimasiyadan çıxmış, yenidən dirilmiş, canlanmış, şanlanmış bir Azərbaycan var. Bu Azərbaycan Ermənistan adlanan yaramaz bir maşanın sərhəddindəki zirvələrdən qədim Oğuz yurdunu süzən bir qartala bənzəyir. Bu qartalı seyr edərək düşünürəm: Azərbaycanda korrupsiya, işsizlik, ədalətsizlik azalmalıdır, insanlar yaxşı yaşamalıdır, təhsilimizi qaldırmalıyıq, iş adamlarının önünü açmalıyıq, inhisarçılığı azaltmalıyıq, ayrı-ayrı imtiyaz sahiblərinin fəaliyyət dairəsini məhdudlaşdırmalıyıq. Ancaq unutmayaq ki, ana sual özü də yeniləşib: sərhəddə təhlükəsizliyimiz təminat altındadırmı? Hələ ki, yox! Şəhidləri də məhz buna görə veririk. Demək ki, yenə də ana sualı çözməliyik: Dövlətin, millətin düşmən təcavüzündən qorunması! Ancaq bu sualın çözümü digər sualları cavablandırmaqdan yayınmağa da kimsəyə əsas vermir”.

Yeganə

Previous Post

“Zirəddin qədər siyasi proqnoz verə bilməyən Əli Kərimli…”-Deputat

Next Post

Çindən Ermənistan-Azərbaycan toqquşmasına REAKSİYA

Bənzər yazılar

SEPAH generalı İranın münaqişəni davam etdirməyə tam hazır olduğunu bildirib

SEPAH generalı İranın münaqişəni davam etdirməyə tam hazır olduğunu bildirib

18 Sentyabr 2026 - 22:44

İran istənilən düşmən tərəfin aqressiv addımına cavab verməyə tam hazırdır. Elchi.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun...

Kosmik müharibə təhlükəsi: Rusiyanın ABŞ-a sərt reaksiyası

Kosmik müharibə təhlükəsi: Rusiyanın ABŞ-a sərt reaksiyası

16 Sentyabr 2026 - 10:08

ABŞ-ın orbitdə silah sistemlərinə malik olması barədə rəsmi bəyanatı Moskvada sərt reaksiyaya səbəb olub. Rusiya Xarici İşlər Nazirliyi Vaşinqtonu kosmosda...

Bakıdan dünyaya həmrəylik mesajı

Bakıdan dünyaya həmrəylik mesajı

15 Sentyabr 2026 - 17:39

"Azərbaycan müxtəlif dinlərin və xalqların birgə yaşadığı çoxkonfessiyalı, tolerant ölkədir. Tarixin bütün dövrlərində dini dözümlülük, başqa dinlərin nümayəndələrinə hörmət və...

NATO-dan Baltikdə insident: Litvanın hava məkanına daxil olan PUA vuruldu!

NATO-dan Baltikdə insident: Litvanın hava məkanına daxil olan PUA vuruldu!

15 Sentyabr 2026 - 11:24

Baltikyanı bölgənin səmasında gərgin vəziyyət... Gecə saatlarında Litva hava məkanına daxil olan naməlum PUA NATO-nun qırıcı təyyarələri tərəfindən vurulub. Elchi.az...

Next Post
Çindən Ermənistan-Azərbaycan toqquşmasına REAKSİYA

Çindən Ermənistan-Azərbaycan toqquşmasına REAKSİYA

Çindən Ermənistan-Azərbaycan toqquşmasına REAKSİYA

Çindən Ermənistan-Azərbaycan toqquşmasına REAKSİYA

Son xəbərlər

Prezidentin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Prezidentin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19 Sentyabr 2026 - 18:11
Hava ilə bağlı xəbərdarlıq: Şimşək çaxacaq, dolu düşəcək

Göygölə dolu düşüb – FAKTİKİ HAVA

19 Sentyabr 2026 - 17:30
FHN DYMX növbəti “açıq qapı günü” tədbiri keçirib – VİDEO

Bakıda yaşayış binasında yanğın olub

19 Sentyabr 2026 - 16:53
Danimarka Trampın Qrenlandiya ilə bağlı elan etdiyi razılaşmanı alqışlayıb

Danimarka Trampın Qrenlandiya ilə bağlı elan etdiyi razılaşmanı alqışlayıb

19 Sentyabr 2026 - 16:25
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident bir qrup neft sənayesi işçisini təltif edib – SƏRƏNCAM

19 Sentyabr 2026 - 15:19
Donald Tramp “CNN”, “MS NOW” və “Politico”nun Ağ Evə girişini qadağan edir

Donald Tramp “CNN”, “MS NOW” və “Politico”nun Ağ Evə girişini qadağan edir

19 Sentyabr 2026 - 13:58
Rusiya bu gecə Ukrayna PUA-larının hücum etdiyi bölgələri açıqladı

Rusiya bu gecə Ukrayna PUA-larının hücum etdiyi bölgələri açıqladı

19 Sentyabr 2026 - 13:34
Ombudsman: Ruben Vardanyanın saxlanma şəraiti davamlı monitorinq edilib, Araik Harutyunyanın notariat xidməti üzrə müraciəti icra olunub

Ombudsman: Ruben Vardanyanın saxlanma şəraiti davamlı monitorinq edilib, Araik Harutyunyanın notariat xidməti üzrə müraciəti icra olunub

19 Sentyabr 2026 - 13:15
ABŞ müttəfiqlərinə raket çatdırılmasını beş ilə qədər gecikdirə bilər

ABŞ müttəfiqlərinə raket çatdırılmasını beş ilə qədər gecikdirə bilər

19 Sentyabr 2026 - 12:55
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

19 Sentyabr 2026 - 12:33
Ötən gün itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapıldı

Ötən gün itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapıldı

19 Sentyabr 2026 - 12:04
İsrailə casusluqda ittiham olunan iranlı edam edildi

İsrailə casusluqda ittiham olunan iranlı edam edildi

19 Sentyabr 2026 - 11:46
FHN Dövlət Suverenliyi Günü münasibətilə tədbirlər keçirib

FHN Dövlət Suverenliyi Günü münasibətilə tədbirlər keçirib

19 Sentyabr 2026 - 11:23
Ermənistan Hindistandan dron alır

Ermənistan Hindistandan dron alır

19 Sentyabr 2026 - 11:00
DİN antiterror əməliyyatı ilə bağlı paylaşım etdi – Video

DİN antiterror əməliyyatı ilə bağlı paylaşım etdi – Video

19 Sentyabr 2026 - 10:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.