Ukrayna Prezidenti Volodimir Zelenski jurnalist və politoloq Darya Duqinanın qətlinin ölkəsi tərəfindən təşkil olunmadığını deyib.
Elchi.az xəbər verir ki, bu barədə o, Krım Platforması sammitindən sonra keçirilən mətbuat konfransında danışıb.
“Şübhəsiz ki, biz məsuliyyət daşımırıq. O, bizim ölkənin vətəndaşı deyil, bizi maraqlandırmır. O, Ukrayna ərazisində deyildi”, – deyə Zelenski ittihamlara cavab verib.
Xatırladaq ki, avqustun 21-də Rusiyanın tanınmış ictimai-siyasi xadimi, politoloq Aleksandr Duqinin qızı Darya Duqina həlak olub. Hadisə Moskva vilayətində “Toyota Land Cruiser Prado” markalı avtomobilin partlaması nəticəsində baş verib. Avtomobilə quraşdırılan bombanın işə düşməsi 30 yaşlı Duqinanın həyatına son qoyub.
Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən Darya Duqinanın qatilinin kimliyi açıqlanıb. Rəsmi məlumatda cinayətin Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq həyata keçirildiyi bildirilir. İddia olunur ki, sui-qəsdi 1979-cu il təvəllüdlü Ukrayna vətəndaşı Natalya Pavel Vovk törədib.