İsrailin Baş naziri Binyamin Netanyahu bildirib ki, İsrail “Flydubai” təyyarəsini qəzaya uğratmağa cəhd edən pilotun hərəkətlərini kimin yönləndirə bildiyini araşdırır ki, həmin tərəflərə “çox ağır bədəl” ödədilsin.
Elchi.az-ın xəbərinə görə, Netanyahu ofisi tərəfindən yayımlanan video mesajda bildirib ki, “Hücum edən şəxs islamçı radikallaşmaya məruz qalıb. O, təyyarəni göyərtəsindəki bütün sərnişinlərlə birlikdə qəzaya uğratmaq niyyətində olub. Biz onun kim tərəfindənsə göndərilib-göndərilmədiyini aydınlaşdırırıq və onu göndərənlər bunun bədəlini çox ağır ödəyəcəklər”.
Məryəm





















