Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Krım Platforması Onlayn Liderlər Zirvəsinə qatılıb.
Elchi.az “Hurriyyet.com.tr”-yə istinadən bildirir ki, Türkiyə lideri Krım məsələsinin sülh yolu ilə daha effektiv müdafiəsi üçün yaradılmış platformanı düzgün hesab etdiyini və dəstəklədiyini bildirib.
Türkiyənin Krımın ilhaqını tanımadığını, bu addımın qeyri-qanuni olduğunu vurğulayan Ərdoğan deyib:
“Krımın ayrılmaz parçası olduğu Ukraynaya ekstradisiyası mahiyyətcə beynəlxalq hüququn tələbidir. Ukraynanın ərazi bütövlüyü, suverenliyi və siyasi birliyinin qorunması təkcə regional deyil, həm də qlobal təhlükəsizlik və sabitlik üçün vacibdir. Krım-tatar soydaşımızın təhlükəsizliyinin və rifahının təmin edilməsi də Türkiyənin prioritetləri sırasındadır”.
Yeganə