Amsterdam metropoliteninin bütün beş xəttində hərəkət miqyaslı sistem nasazlığı nəticəsində tamamilə dayandırılıb.
Elchi.az “NU.nl” nəşrinə istinadən xəbər verir ki, nəqliyyat operatoru “GVB” problemi həll etmək üçün qatar idarəetmə sistemini tamamilə yenidən işə salmalı olub.
Qüsur qatarlardan birinin sıradan çıxmasından sonra aşkar edilib.
İlkin olaraq hərəkət dörd xətdə dayanıb, Şimal–Cənub xətti isə fəaliyyətini davam etdirib, lakin daha sonra ümumi yenidən yüklənmə üçün o da müvəqqəti olaraq bağlayıblar.
“Nord” stansiyasında şəhər üzrə alternatıv hərəkət yolları axtaran onlarla sərnişin toplanıb, avtobus və tramvaylar isə ştat rejimində fəaliyyətini davam etdirir.
Məryəm




















