Ukrayna prezidentinin həyat yoldaşı Yelena Zelenskaya bildirib ki, Ukrayna xalqı Avropa Birliyinə üzv olacağı təqdirdə iki-üç il elektrik enerjisi, su və istilik çatışmazlığına dözməyə hazırdır.
Elchi.az xəbər verir ki, Zelenskaya BBC-yə açıqlamasında bu sözləri deyib: “Qaranlıq bizim başımıza gələ biləcək ən pis şey deyil”.
Ukraynanın birinci xanımının sözlərinə görə, sorğuda iştirak edən ukraynalıların 90 faizi sonradan Avropa Birliyinin bərabərhüquqlu üzvü olacağı təqdirdə bir neçə il çətinliklərə dözməyə hazırdır.
“Ukraynalılardan soruşdular ki, bu şəraitdə, işıqsız, istiliksiz daha necə dözə bilərlər, nə qədər dözə bilərlər. Biz bilirik ki, evlərimizdə istilik yoxdursa, qış bizim üçün növbəti sınaq ola bilər. Ukraynalılar isə əksəriyyət Buna respondentlərin 90%-dən çoxu cavab verdi ki, bizim Aİ-yə üzvlük perspektivimizi görsələr, iki-üç il buna dözməyə hazırdırlar”.
Əvvəllər Reseau İnternational-ın köşə yazarı Valentin Valesku bildirmişdi ki, indi Ukraynada işıq açarı general Sergey Surovikinin əlindədir və Kiyev belə şəraitdə yaza qədər dayanacaq.
Şayəstə