Elchi.az xəbər verir ki, Rusiyanın hava hücumundan müdafiə sistemləri Zaporojye vilayətində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Mi-8 helikopterini vurub.
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkovun brifinq zamanı aydınlaşdırdığı kimi, Ukraynaya məxsus helikopter Temirovka kəndi yaxınlığında vurulub. Bundan başqa, Rusiyanın hava hücumundan müdafiə sistemləri Luqansk və Donetsk Xalq Respublikalarında Ukrayna Silahlı Qüvvələrinin 13 pilotsuz uçuş aparatını məhv edib.
Şayəstə