Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov, qrupun üzvləri Arzu Nağıyev, Ağalar Vəliyev, Fatma Yıldırım, Elnur Allahverdiyev, Asim Mollazadə və Rasim Musabəyov martın 28-də İsrailin Tel-Əviv şəhərinə səfər edəcəklər.
Bu barədə Elchi.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində Milli Məclisin deputatları İsrail Dövlətində Azərbaycan Respublikasının səfirliyinin açılması mərasimində iştirak edəcəklər.
Səfər martın 30-da başa çatacaq.
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş keçirilib
Bakıda "Birliyin Gücü - 2026" birgə hərbi təlimində iştirak edən müşahidəçilər ilə görüş keçirilib. Bu barədə Elchi.az-a Müdafiə Nazirliyindən məlumat...





















Son şərhlər