Amerikan şirkətinin yerli törəmə müəssisəsinin açıqlamasına görə, “McDonald’s” fast-fud şəbəkəsi təchizat zəncirindəki problemlər səbəbindən Ukraynadakı menyusunu məhdudlaşdırıb.
Elchi.az xəbər verir ki, şirkət bu addımı müvəqqəti xarakter daşıyan tədbir kimi qiymətləndirib.
“Biz Ukraynadakı bütün ‘McDonald’s’ restoranlarında müvəqqəti olaraq məhdud menyuya keçirik”, – deyə şirkət “Instagram”da paylaşdığı məlumatda bildirib.
KİV-lər dəfələrlə Ukraynanın bir çox şəhərindəki restoranlara təsir edən təchizat problemləri barədə məlumat yayıb. Məsələn, sentyabrın əvvəlində “The Guardian” qəzeti qeyd etmişdi ki, Kiyevdəki ərzaq çatışmazlığı sakinlərin həyatını əzablı və dözülməz hala gətirib.
Sentyabrın 28-də məlum olub ki, Ukraynanın iri pərakəndə satış şəbəkəsi olan ATB-yə bir həftə yarım ərzində qarabaşaq tədarükü həyata keçirilməyib. KİV-in məlumatına görə, mağazaların əksəriyyətində gündəlik tələbat mallarının çatışmazlığı yaranıb.
Yeganə




















