“S-400 hava hücumundan müdafiə sistemlərinin Türkiyədən başqa yerə köçürülməsi məsələsi gündəmdədir”.
Elchi.az–ın məlumatına görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Kremlin sözçüsü qeyd edib: “Bu mövzu gündəmdədir; müvafiq işlər aparılır və lazımi təmaslar saxlanılır”.
Daha əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirmişdi ki, Ankara S-400 sistemlərinin təkrar ixracı ilə bağlı bütün tərəflərlə danışıqları davam etdirir.
Bundan əvvəl isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov işarə etmişdi ki, Moskva S-400 sistemlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə razılıq verə bilər.
Yeganə





















