"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Zəngilan üzrə xüsusi nümayəndə iki məşhurun nəvəsidir – Babası Prezidentin mətbuat katibi olub

04 May 2022 - 17:58
in GÜNDƏM
FacebookVatsap

Bunu da oxuyun

Azərbaycan nümayəndə heyəti beynəlxalq konfransda iştirak etdi

Zakir Həsənov hərbi polis idarəsinin ön əməliyyat bazasında olub – VİDEO

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib – YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Vahid Hacıyevi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda özünün xüsusi nümayəndəsi təyin edib.

Elchi.az saytı Vahid Hacıyev barədə yeni məlumatlar öyrənib.

Məlum olub ki, o, əslən Şuşadan olan tanınmış nəslin nümayəndəsidir.

Qeyd edək ki, Zəngilan üzrə xüsusi nümayəndə bu təyinatadək Azərbaycanın kənd təsərrüfatı üzrə ixtisaslaşan böyük şirkətlərindən biri olan “Agro Dairy” Məhdud Məsuliyyətli Cəmiyyətinin İdarə Heyəti sədri vəzifəsini tutub. O, həmin vəzifəyə 2020-ci ilin aprelində təyin olunmuşdu.

Daha əvvəl isə 13 il “BP Azerbaijan” neft şirkətində müxtəlif yüksək vəzifələrdə çalışıb.

Onun “BP Azerbaijan”da sonuncu vəzifəsi Ticarət Əməliyyatları Kəşviyyatı üzrə Biznes menecer olub.

Vahid Hacıyevin atası Rasim Hacıyev tanınmış göz həkimi, tibb elmləri doktoru, professordur. Rasim Hacıyev Şuşa rayonunun Malıbəyli kəndində doğulub, Azərbaycan Tibb Universitetini bitirib. O, hazırda Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun “Göz Xəstəlikləri” kafedrasının professoru, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin “Patologiya refraksiya və oftalmoerqonomika” şöbəsinin müdiridir.

Vahid Hacıyevin anası Lalə Hacıyeva (Mirzəyeva) Bakı Dövlət Universitetində çalışır, filologiya elmləri namizədidir. Yeri gəlmişkən, Lalə Hacıyeva mərhum jurnalist Osman Mirzəyevin qızıdır. O, vaxtilə “Lalə Mirzəyeva” imzası ilə BBC radiosunun Azərbaycan xidmətinin əməkdaşı olub. Lalə xanım 2000-ci ildən BDU-nun Jurnalistika fakültəsində jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müəllimidir.

Xüsusi nümayəndə Vahid Hacıyev ata babasının adını daşıyır.

Babası Vahid Hacıyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, biologiya elmləri doktoru, professor olub. O, Şuşa şəhərində anadan olub. Uzun müddət elm sahəsində fəaliyyət göstərib. Mərhum Vahid Hacıyev 1952-1957-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Bota­nika İnstitutunda baş elmi işçi, 1957-1958-ci illərdə Botanika Bağında direk­tor əvəzi, 1957-1972-ci illərdə yenə həmin institutda elmi işlər üzrə direktor müa­vini olub.
1972-1973-cü illərdə Kənd Tə­sərrüfatı Nazirliyinin Elmi Tədqiqat Yemçilik, Çəmən­çilik və Otlaqlar İnstitutunun direktoru vəzifəsini icra edib. 1978-1988-ci illərdə isə institutun elmi işlər üzrə direktor müavini kimi fəaliyyət göstərib. 1988-2008-ci illərdə direktor vəzifəsini icra edib. O, 1983-cü ildə Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü (akademiki) seçilib.
Akademik Vahid Hacıyev ömrünün sonlarında Elmlər Akademiyasının Botanika İnstitutunda Geobotanika şöbəsinin müdiri vəzifəsini tutub. O həm də Azərbaycan Botaniklər Cəmiyyətinin sədri olaraq fəaliyyət göstərib. Vahid Hacıyev 7 aprel 2008-ci ildə vəfat edib.

Xüsusi nümayəndə Vahid Hacıyevin ana babası Osman Mirzəyev tanınmış jurnalist olub,
fəaliyyətə “Molodyoj Azerbaydjana” qəzetindən başlayıb, “Vışka” qəzetində redaktor müavini vəzifəsinədək yüksəlib. “Əməkdar jurnalist” fəxri adına, “Qızıl qələm” mükafatına layiq görülüb.
Azərbaycan Dövlət Televiziyasında (AzTV) “Dalğa” ictimai-siyasi televiziya verilişinin yaradıcısı və aparıcılarından biri olub. 1990-cı ilin avqustundan Azərbaycan Respublikası Prezidentinin Mətbuat xidmətinin rəhbəri işləyib. Bir neçə kitabın müəllifidir.
Vətənpərvər jurnalist 1988-89-cu ililərdə Moskvanın Dağlıq Qarabağ siyasəti və Xüsusi İdarə Üsulunu tənqid edərək, erməni separatçıları və onların havadarlarının məkrli əməlləri barədə xəbərdarlıq edib.
Osman Mirzəyev 1991-ci il noyabrın 20-də Azərbaycanın yüksək rütbəli dövlət xadimlərini Qarabağa aparan vertolyotun göyərtəsində olarkən Xocavənd rayonunun Qarakənd yaxınlığnda erməni qəsbkarları tərəfindən qətlə yetirilib.

Previous Post

Zəngilan üzrə xüsusi nümayəndə iki məşhurun nəvəsidir – Babası Prezidentin mətbuat katibi olub

Next Post

Prezidentdən tapşırıq-Zəngilanda təxirəsalınmaz işlərə başlanmalıdır

Bənzər yazılar

Azərbaycan nümayəndə heyəti beynəlxalq konfransda iştirak etdi

Azərbaycan nümayəndə heyəti beynəlxalq konfransda iştirak etdi

21 Sentyabr 2026 - 11:59

14-18 sentyabr 2026-cı il tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş Konfransının 70-ci Növbəti Sessiyası...

Zakir Həsənov hərbi polis idarəsinin ön əməliyyat bazasında olub – VİDEO

Zakir Həsənov hərbi polis idarəsinin ön əməliyyat bazasında olub – VİDEO

21 Sentyabr 2026 - 10:16

Müdafiə Nazirliyinin rəhbər heyəti Hərbi Polis İdarəsinin Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) bölüyünün ön əməliyyat bazasında icra olunan fəaliyyətlərlə tanış olub....

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib – YENİLƏNİB

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib – YENİLƏNİB

17 Sentyabr 2026 - 16:18

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının...

Prezident: Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır

Prezident: Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır

17 Sentyabr 2026 - 15:16

Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən...

Next Post
Prezidentdən tapşırıq-Zəngilanda təxirəsalınmaz işlərə başlanmalıdır

Prezidentdən tapşırıq-Zəngilanda təxirəsalınmaz işlərə başlanmalıdır

Prezidentdən tapşırıq-Zəngilanda təxirəsalınmaz işlərə başlanmalıdır

Prezidentdən tapşırıq-Zəngilanda təxirəsalınmaz işlərə başlanmalıdır

Son xəbərlər

Vilayət Eyvazov xidmətə qəbul üçün növbəti sıra baxışı keçirdi – VİDEO

Vilayət Eyvazov xidmətə qəbul üçün növbəti sıra baxışı keçirdi – VİDEO

21 Sentyabr 2026 - 18:37
Bessent : İran aviaşirkətləri sentyabrın 23-dən beynəlxalq uçuşları dayandıracaq

Bessent : İran aviaşirkətləri sentyabrın 23-dən beynəlxalq uçuşları dayandıracaq

21 Sentyabr 2026 - 18:29
Xırdalanda yaşayış binasında yanğın: sakinlər təxliyə edildi

Bakıda yaşayış binasında yanğın başlayıb

21 Sentyabr 2026 - 18:18
Gürcüstanda 2,6 min hektar sahədə meşələr bərpa olunacaq

Gürcüstanda 2,6 min hektar sahədə meşələr bərpa olunacaq

21 Sentyabr 2026 - 18:07
Aİ Usmanova qarşı sanksiyaları ləğv edə bilər

Aİ Usmanova qarşı sanksiyaları ləğv edə bilər

21 Sentyabr 2026 - 17:55
Azərbaycanın çay ixracından gəliri 12%-dən çox artıb

Azərbaycanın çay ixracından gəliri 12%-dən çox artıb

21 Sentyabr 2026 - 17:49
Vilayət Eyvazov sıra baxışı keçirib – VİDEO

Vilayət Eyvazov sıra baxışı keçirib – VİDEO

21 Sentyabr 2026 - 17:42
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib

21 Sentyabr 2026 - 17:36
MÜTDA: 104 mindən çox uşaq məktəbəhazırlıq qrupuna qəbul olub

MÜTDA: 104 mindən çox uşaq məktəbəhazırlıq qrupuna qəbul olub

21 Sentyabr 2026 - 17:24
Niderlandda güclü partlayış baş verib

Niderlandda güclü partlayış baş verib

21 Sentyabr 2026 - 17:17
Qranit Caka 5 ilədək həbs oluna bilər

Qranit Caka 5 ilədək həbs oluna bilər

21 Sentyabr 2026 - 17:10
CNN, “MS NOW” və “Politico” Tramp administrasiyasını məhkəməyə verir

CNN, “MS NOW” və “Politico” Tramp administrasiyasını məhkəməyə verir

21 Sentyabr 2026 - 16:58
FIFA U-15 dünya çempionatı ilə bağlı Azərbaycana gələnlər üçün viza prosedurları sadələşdirilib

FIFA U-15 dünya çempionatı ilə bağlı Azərbaycana gələnlər üçün viza prosedurları sadələşdirilib

21 Sentyabr 2026 - 16:46
Özünüməşğulluq proqramı üzrə regionlarda 93 min şəxs üçün təsərrüfatlar qurulub

Özünüməşğulluq proqramı üzrə regionlarda 93 min şəxs üçün təsərrüfatlar qurulub

21 Sentyabr 2026 - 16:37
AZAL Mərkəzi Asiya üzrə üçüşlar şəbəkəsini genişləndirir

AZAL Mərkəzi Asiya üzrə üçüşlar şəbəkəsini genişləndirir

21 Sentyabr 2026 - 16:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.